BÖLMƏLƏR

Azay Quliyev İnsan Hüquqları Evi Şəbəkəsinin direktoru ilə görüşüb

Bu gün  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev İnsan Hüquqları Evi Şəbəkəsinin direktoru Mariya Dahlenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun formalaşma prinsipləri və fəaliyyət istiqamətləri haqqında qonağa ətraflı məlumat verib.  Azay Quliyev görüşdə bildirib ki, ötən il cənab prezident İlham Əliyevin sərəncamı ilə xarici donorların qrant vermə proseduru sadələşdirilərək "vahid pəncərə" sistemi tətbiq edilib.Görüşdə həmçinin insan hüquqlarının qorunması  və vətəndaş cəmiyyəti institutlarının hazırki vəziyyəti və əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılıb.

XƏBƏRİ PAYLAŞ