?> CSSN-Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
BÖLMƏLƏR

Şurada IV İslam Həmrəylik Oyunlarının təbliğatı məqsədilə tədbir keçirildi

 

qhtxeber.az//  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında El-1 idman təşkilatı 2017-ci ilin mayında Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının təbliğatı məqsədilə tədbir keçirdi. qhtxeber.az məlumat verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Milli Olimpiya Komitəsinin baş katibi, millət vəkili Ağacan Əbiyev, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, İslam Oyunları Əməliyyat Komitəsinin nümayəndələri, həmçinin ictimaiyyət və KİV nümayəndələri iştirak edirdi.

 
 
El-1 idman təşkilatının prezidenti Elçin Çobanzadə çıxış edərək rəhbərlik etdiyi təşkilatın İslam Həmrəylik Oyunlarının tərəfdaşı olduğunu qeyd etdi. Azərbaycan idmanının dünya səviyyəsində daha da geniş yayılmasında İslam Həmrəylik Oyunlarının əhəmiyyətini vurğulayan təşkilat rəhbəri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri seçilməsinin xüsusi önəm daşıdığını bildirdi. Əlavə etdi ki, ölkə rəhbərliyinin xüsusi qayğısı nəticəsində idmançılarımız üçün hər cür şərait yaradılır ki, bu da onların böyük idman yarışlarında uğur qazanmasına stimul verir. 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov möhtəşəm idman tədbirinin açılış gününə bir neçə gün qaldığını xatırladaraq Azərbaycan ictimaiyyətinin nüfuzlu idman yarışını böyük həvəslə gözlədiyini dilə gətirdi. Ölkəmizin mühüm beynəlxalq tədbirlərin məkanına çevrildiyini deyən icraçı direktor qeyd etdi ki, Azərbaycan ilk Avropa Oyunlarının standartını müəyyənləşdirib və bəzi ölkələr Azərbaycanın təcrübəsindən istifadə edir. F. Qurbanov yüksək təşkilatçılıq qabiliyyəti sayəsində IV İslam Həmrəylik Oyunlarının uğurlu keçəcəyinə əminliyini ifadə etdi.
 
Milli Olimpiya Komitəsinin baş katibi, millət vəkili Ağacan Əbiyev qarşıdan gələn mühüm idman hadisəsi münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bildirdi ki, artıq Azərbaycan olimpiya hərəkatının aktiv ölkəsidir. Bir sıra mühüm idman tədbirlərinin, o cümlədən Birinci Avropa Oyunlarının ölkəmizdə keçirildiyini xatırladan A. Əbiyev II Avropa Oyunlarının Belorusiyada keçiriləcəyini və bu ölkənin Azərbaycanın bu sahədə təcrübəsini öyrəndiyini dilə gətirdi. Eyni zamanda, qeyd etdi ki, qarşıdan gələn IV İslam Həmrəylik Oyunları islam ölkələrini idman vasitəsilə daha da birləşdirəcək və həmrəy edəcək.Tədbirdə digər çıxış edənlər – İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsi direktorunun müşaviri Ümman Ağamalıyev, Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirliyinin əməkdaşı Əbdül Əziz Haşimi, ikiqat paralimpiya çempionu İlham Zəkiyev əmin olduqlarını bildirdilər ki, IV İslam Oyunları uğurla təşkil ediləcək və    Azərbaycanı daha da tolerant və idman ölkəsi kimi tanıdacaq.

XƏBƏRİ PAYLAŞ