BÖLMƏLƏR

Şura Katibliyinin 2016-cı ilin III rübündəki fəaliyyəti müzakirə edilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2016-cı ilin üçüncü rübündəki fəaliyyətinin yekunlarına dair müşavirə keçirilib.Şura sədri, millət vəkili Azay Quliyev iclası açaraq Katibliyin fəaliyyəti və qarşıda dayanan vəzifələr haqqında  fikirlərini bildirib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun Katibliyin 2016-cı ilin üçüncü rübündəki fəaliyyəti ilə bağlı ətraflı məruzə ilə çıxış edib.F.Qurbanov ötən rüb ərzində Şuranın elektron resurslarının təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Şuranın csssn.gov.az, qhtxeber.az və e-qht.az saytları yenidən qurulub. Bu resurslar eyni zamanda elektron xidmət portalına inteqrə olunub. Yaxın vaxtlarda saytların QHT-lər üçün təqdimatının keçirilməsi planlaşdırılır.İcraçı direktor qeyd edib ki, hazırda layihələrin ekspertizası zamanı hər hansı subyektiv yanaşma ehtimallarını tamamilə aradan qaldırmaq üçün qiymətləndirilmə modulları hazırlanır. 2016-cı ilin üçüncü rübü ərzində Şuranın çap və elektron media orqanları – qhtxeber.az saytı və “Vətəndaş cəmiyyəti” jurnalı QHT-lərə informasiya dəstəyini davam etdirib.F. Qurbanov 2016-cı ilin üçüncü rübündə keçirilən tədbirlər haqqında da məlumat verib.Müşavirədə Şuranın baş mühasibinin, beynəlxalq əlaqələr, analtik təhlil və ekspertiza, layihələrin icrasına nəzarət və proqram, mətbuat və ictimaiyyətlə əlaqələr bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib. Eyni zamanda müşavirədə QHT-lərin qrant müqavilələrinin müddəalarına əməletmə vəziyyəti,  layihələrin səmərəliliyinin artırılması yolları  və digər vacib məsələlərə toxunulub.

Müşavirədə qərara alınıb ki, noyabr ayında beynəlxalq təşkilatların və QHT-lərin iştirakı ilə növbəti qrant müsabiqəsinin mövzularının geniş müzakirəsi keçirilsin.Şura sədri Azay Quliyev 2016-cı ilin qrant müsabiqələrinin nəticələri, həmçinin digər dövlət qurumları ilə elektron xidmət fəaliyyətinin uzlaşdırılması, Şuranın struktur bölmələrinin işinin intensivliyinin və səmərəliliyinin  artırılması istiqamətində konkret tapşırıqlar verib.

XƏBƏRİ PAYLAŞ