BÖLMƏLƏR

20 yanvar faciəsinin 25 illiyinə həsr olunmuş Anım tədbiri

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan toplantı keçirib. Müzakirələri açan Şura sədri, millət vəkili Azay Quliyev 20 Yanvar hadisəsinin xalqımızın totalitar Sovet rejiminə qarşı qəhrəmanlıq mübarizəsinin simvolu olduğunu deyib. Azay Quliyev Azərbaycan xalqının 20 Yanvar günü göstərdiyi şücaətlə bütün dünyaya müstəqilik uğrunda apardığı haqq davasında nə qədər qərarlı olduğunu göstərdiyini bildirib. 1989-cu ilin 9 noyabrında Berlin divarlarının sökülməsinə ilk böyük dəstəyi Azərbaycan xalqının verdiyini deyən Şura sədri, 20 Yanvar qətliamından sonra kommunist rejiminin dağılmasının qarşısıalınmaz prosesə çevrildiyini, ancaq beynəlxalq ictimaiyyətin onu hələ də yetərincə dəyərləndirmədiyini qeyd edib. Azay Quliyev bu günki tədbirin keçirilməsində məqsədin vətəndaş cəmiyyəti inistitutlarının 20 Yanvar hadisəsi ilə bağlı fikirlərinin cəmləşdirilməsi və beynəlxalq ictimaiyyətə müraciətin qəbul edilməsi olduğunu vurğulayıb.
 

 

Toplantıda məruzə ilə çıxış edən MQF-nin prezidenti Rauf Zeyni 1990-cı ilin 20 Yanvar hadisəsini doğuran səbəblərdən danışaraq ölkədəki o zamankı ictimai-siyasi vəziyyəti xranaloji ardıcıllıqla təhlil edib.
Milli Jurnalistika Konqresinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu 20 Yanvar hadisəsinin xalqımız üçün unudulmaz tarixi hadisə və eyni zamanda qəhrəmanlıq nümunəsi olduğunu deyib. N.Yaqublu Azərbaycanın müstəqilliyini bərpa etməsində müstəsna rolu olan 20 Yanvar şəhidlərinin tarixdəki rolunun düzgün qiymətləndirilməsi və daim diqqətdə saxlanılması üçün orta məktəblərin tarix dərsliklərində həmin şəxslərə xüsusi yer

XƏBƏRİ PAYLAŞ