BÖLMƏLƏR

Dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş konfrans

“Azərbaycan müstəqillik uğrunda çətin yol keçib”. Dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş konfransda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib. 
Bildirib ki, Azərbaycan xalqı bütün çətinliklərin öhdəsindən gələ bilib. İndi Azərbaycan dünyada güclü dövlətə çevrilib. Bu gücün, demokratik inkişafın mühüm göstəricilərindən biri vətəndaş cəmiyyəti institutları ilə bağlıdır. Qeyd olundu ki, Azərbaycanın qeyri-hökumət təşkilatları təkcə cəmiyyət üçün aktual olan məsələləri dıqqətdə saxlamırlar, həm də həlli yollarını ortaya qoyurlar.

 


Rauf Zeyni, Milli QHT Forumunun prezidenti: “Bu yaranmış imkandan istifadə edərək, o cümlədən dövlət büdcəsindən ayrilmiş vəsaitdən istifadə edərək aktiv QHT-lər, KİV-lər və aktiv vətəndaşlarımız bu 25 il ərzində vətəndaş cəmiyyətinin qurulmasına öz töhfəsini verdilər. İnanıram ki, Azərbaycanda insan hüquq və azadlıqlarını qoruya bilən, sözünü deyə bilən, təşəbbüsləri gerçəkləşdirə bilən Azərbaycan həqiqətlərini, haqq sözünü dünya ictimaiyyətinə çatdıra bilən güclü vətəndaş cəmiyyəti formalaşıb”.
Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da həm müstəqilliyin qorunması, həm də demokratik mühitin formalaşmasında gənclərin xüsusi iştirakı var. Son illər ərzində qeyri-hökumət təşkilatlarının inkişafı həm də Azərbaycan gənclərinin daha aktiv olmasına gətirib çıxarıb. 
Mirhəsən Seyidov, “İRƏLİ” ictimai birliyinin sədri: “Bu gün gənclər dünyanın istənilən beynəlxalq platformasında Azərbaycan adına, milli kimliyini, Azərbaycan Respublikasının vətəndaşlığını daşıyaraq onun müstəqilliyinin qorunub saxlanmasında yaxından iştirak edir. Gənclər bizim cəmiyyətin dinamikasıdır. Bu gənclər hər zaman müstəqilliyin qorunub saxlanmasında bilavasitə və dolayısı ilə yaxından iştirak edir”.
Azərbaycanda 2007-ci ildə “Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” təsdiqlənib. 2008-ci ildən etibarən QHT-lərə Dövlət dəstəyi şurası fəaliyyətə başlayıb. Şuranın əsas vəzifəsi müəyyən edilən sahələr üzrə dövlətin ayırdığı vəsait hesabına qeyri hökumət təşkilatlarının fəaliyyətini dəstəkləmək, ölkədə vətəndaş cəmiyyəti quruculuğu işlərini dəstəkləyən layihələr həyata keçirməkdir.
Bu gün Azərbaycanda dövlət qeydiyyatında olan qeyri-hökumət təşkilatlarının sayı 3 mindən artıqdır

XƏBƏRİ PAYLAŞ