BÖLMƏLƏR

QHT Şurası maliyyə yardımı müsabiqəsi ilə bağlı sessiya keçirib

 

Dekabrın 10-da Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2014-cü il üçün elan etdiyi maliyyə yardımı müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib. Tədbirdə Şuranın icraçı direktoru Fərasət Qurbanov, müxtəlif Qeyri - Hökumət təşkilatlarının rəhbərləri və mətbuat nümayəndələri iştirak ediblər. Fərasət Qurbanov Növbəti il üçün elan olunan qrant müsabiqəsi haqqında məlumat verib, təqdim olunacaq layihələrə qoyulan tələbləri açıqlayıb. 2013-cü ildə yerli QHT-lər tərəfindən həyata keçirilən layihələrlə bağlı fikirlərini səsləndirən Şura rəsmisi iradlarını və təkliflərini bildirərək, QHT-ləri layihələrin icrasına və hesabatlılıq məsələsinə daha diqqətli yanaşmağa səsləyib. 

Daha sonra QHT rəhbərlərinin sualları cavablandırılıb, QHT-lərin fəaliyyətindəki çatışmazlıqlar müzakirə olunub. Sonda QHT şurasının icraçı direktoru Fərasət Qurbanov Ulus Tv-yə müsahibəsində ötən ilki müsabiqənin yekunu ilə bağlı fikirlərin paylaşıb, yeni müsabiqənin şərtləri haqqında məlumat verib.

XƏBƏRİ PAYLAŞ