BÖLMƏLƏR

Azay Quliyev

       

                  

 

              

 

 

 

 

 

 

 

 

 

 

                                                   Şuranın sədri

 

Təvəllüdü:

23.06.1971

Ailə vəziyyəti: 

Evlidir, 3 övladı var

Seçki dairəsi: 

8 saylı Binəqədi birinci

Milli Məclisin üzvüdür: 

2005-ci ildən (III, IV və V çağırış Milli Məclisin deputatı)

 

                                                                           İctimai fəaliyyəti

1993-1998          

"Elitar” Gənclər Klubunun və “Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı” İctimai Birliyinin sədri

1998-1999

Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri

1999-2008         

Azərbaycan Milli QHT Forumunun prezidenti

 

                                                                           Parlament fəaliyyəti:

2005- bu günə kimi   

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü

2005- bu günə kimi

Azərbaycan–Rumıniya Parlamentlərarası İşçi qrupunun rəhbəri

2005- bu günə kimi

Azərbaycan-Çexiya, Azərbaycan-Estoniya, Azərbaycan-Türkiyə,  Azərbaycan-Avstriya, Azərbaycan-Cənubi Afrika Respublikası, Azərbaycan-İsveçrə, Azərbaycan-Özbəkistan və Azərbaycan-Serbiya Parlamentlərarası İşçi qruplarının üzvü

   

 

 

  ATƏT Parlament Assambleyasındakı fəaliyyəti:
2005-bu günə kimi ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü
2005-2013 Böyük Britaniya, Ukrayna, Serbiya, Rumıniya, Rusiya, Belarus və Gürcüstanda keçirilən seçkilərdə ATƏT  PA-nın seçki müşahidə missiyasının üzvü olub.
2013-2016 ATƏT Parlament Assambleyasının Büro üzvü və Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini
2016-bu günə kimi ATƏT Parlament Assambleyasının vitse-prezidenti
2016 - Keçmiş Yuqoslaviya Respublikası Makedoniyada keçirilən parlament seçkilərində  ATƏT PA- nın  seçki müşahidə missiyasının sədri təyin olunub.
2016 - Monteneqroda keçiriləcək parlament  seçkilərində  ATƏT PA- nın  seçki müşahidə missiyasının sədri təyin olunub.
2017-bu günə kimi ATƏT PA-nın "İpək Yoluna Dəstək Qrupu”nun (Silk Road Support Group (SRG) of the OSCE PA) sədri
2017- Qırğızıstan Respublikasında keçirilən prezident seçkilərində ATƏT-in Seçki Müşahidə Missiyasının xüsusi koordinatoru olub
   

Digər vəzifələri:

2008- bu günə kimi    

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri  

 

                                                                              Müəllifi olduğu qanunlar:

2009-

“Könüllü fəaliyyət” haqqında Azərbaycan Respublikasının qanunu: Bu qanunla könüllü fəaliyyətin istiqamətləri və təşkilatçılarının əhatə dairəsi, könüllülərin hüquqları və vəzifələri müəyyən edilib.

2013-

“İctimai iştirakçılıq” haqqında Azərbaycan Respublikasının qanunu: Qanunun məqsədi Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır.

                                                                             Müəllifi olduğu beynəlxalq qətnamələr:

 2013-

ATƏT  PA - “ATƏT Regionunda Vətəndaş Cəmiyyəti İnstitutlarının Gücləndirilməsi”: Qətnamənin məqsədi iştirakçı dövlətləri və ATƏT inistutlarını milli QHT-lərin fəaliyyət imkanlarının genişlənməsi, inkişafı, ölkələri daxilində qərar qəbuletmə prosesində yaxından iştirak etməsi üçün əlverişli şəraitin yaradılmasına həvəsləndirməkdir.

2014-

ATƏT  PA - “ATƏT Regionunda Mədəni Mülkiyyətin Qorunması”: Qətnamənin məqsədi iştirakçı dövlətlərin mühüm əhəmiyyət kəsb edən mədəni və tarixi, dini mülkiyyətin, xüsusi ilə də işğal edilmiş ərazilərdə olan abidələrin qorunması, saxlanılması, qanunsuz olaraq formasının və məzmununun dəyişdirilməsinə qarşı mübarizəsinin gücləndirilməsi və bu istiqamətdə fəaliyyətinin əlaqələndirilməsidir.

2015-

ATƏT PA - “ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq”: Qətnamədə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada mövcud münaqişələrdən ciddi narahatlıq və bu münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də həmin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin dəyişilməzliyi prinsipləri əsasında həll edilməsinin vacibliyi vurğulanır.

2018-

ATƏT PA - “Nəqliyyat şəbəkələrinin və dəhlizlərin inkişafı yolu ilə, o cümlədən qədim İpək Yolunun dirçəldilməsi vasitəsilə ATƏT regionunda qarşılıqlı əlaqəliliyin artırılması”: Bu qətnamənin məqsədi ticarət və nəqliyyat sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin, həmçinin, Şimal-Cənub və Şərq-Qərb multimodal dəhlizlərinin artan əhəmiyyəti fonunda bu sahədə müvafiq prosedurların asanlaşdırılmasının vacibliyini vurğulamaqdır. Qətnamədə həmçinin Böyük İpək Yolunun dirçəldilməsinin potensialı qeyd olunur və ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu tərəfindən həyata keçirilən fəaliyyətlərə dəstək verilir.

 

                                                                              Üzv olduğu dövlət qurumları:

1999- bu günə kimi    

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurası

2001- bu günə kimi   

Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyası

2005- bu günə kimi

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

2013- bu günə kimi   

Azərbaycan Respublikasının Avropa İttifaqı ilə Əməkdaşlığı üzrə Dövlət Komissiyası

 

                                                                                      Təhsili:

1992-1997        

 Tarix Fakültəsi, Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan

1995-1996

 “Beynəlxalq Dövlət İdarəçilik Proqramı”, Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutu, Ankara, Türkiyə

Fevral- Mart  2010

“QHT Liderləri üçün Strateji İdarəetmə”, Harvard, Kennedy School, ABŞ     

2007-2013           

Doktorantura, Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan

 

                                                                                    Elmi fəaliyyəti:

2013-cü ildə  “Qeyri-Hökumət Təşkilatlarının İctimai-Siyasi Sistemdə yeri: Milli və Beynəlxalq Təcrübə” mövzusunda dissertasiya işi müdafiə etmişdir. Siyasi elmlər üzrə Fəlsəfə Doktorudur.

30-dan çox elmi məqalənin müəllifidir.  Elmi məqalələri ABŞ, Rusiya, Ukrayna, Gürcüstan, Moldova və digər Avropa ölkələrinin nüfuzlu jurnallarında dərc olunub.

 

Xarici dili:                                   İngilis, rus və türk dilləri

 

 

XƏBƏRİ PAYLAŞ