?> CSSN-Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
BÖLMƏLƏR

Azay Quliyev İspaniyaya səfər edəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İspaniyaya səfər edəcək. Sentyabrın 18-24-ü tarixlərində həyata keçiriləcək səfərin əsas məqsədi açıq hökumət, səmərəli idarəçilik və ictimai iştirakçılıq üzrə İspaniyanın təcrübəsini öyrənmək və qeyd olunan sahələrdə Azərbaycanın qazandığı uğurları İspaniya ictimaiyyətinə təqdim etməkdir. “Şərq-Qərb Menecment İnstitutu”nun əsas tərəfdaşı olduğu səfər çərçivəsində İspan parlamentariləri, hökumət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

XƏBƏRİ PAYLAŞ