?> CSSN-Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
BÖLMƏLƏR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-cı il üzrə QHT-lər üçün 2-ci qrant müsabiqəsi elan edir.

Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-cı il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı 2-ci müsabiqəsi elan edir

 

            Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “Şura” adlanacaq) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.

            Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq  aşağıdakı mövzular üzrə layihələri dəstəkləyir:

 

  1. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyi ilə bağlı tədbir və aksiyaların keçirilməsi.
  2. Xocalı soyqırımının 25 illiyi ilə bağlı tədbir və aksiyaların keçirilməsi.
  3. İctimai əhəmiyyət kəsb edən məsələlərlə bağlı aksiyaların keçirilməsi.
  4. Vətənpərvərlik mövzusunda tədbirlərin təşkili.
  5. Qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq müstəvidə müdafiəsi.
  6. Yerli QHT-lərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsinə dair təşəbbüslər.
  7. Beynəlxalq mediada Azərbaycanın maraqlarının müdafiəsinə dair təşəbbüslər
  8. Xarici sərmayənin Azərbaycana cəlb edilməsinin təşviqi istiqamətində təşəbbüslər.
  9. 2017-ci ildə Azərbaycanda keçiriləcək “İslam oyunları” ilə bağlı iştirakçı ölkələrdə tanıtım tədbirlərinin təşkili.
  10. Azərbaycanın turizm potensialının xarici KİV-lər vasitəsilə təbliği.
  11. QHT-lər arasında müxtəlif növlər üzrə idman yarışlarının təşkili.
  12. Kənd təsərrüfatı sahəsində yerli istehsalın rəqabət qabiliyyətinin artırılmasına dair təşəbbüslər.
  13. Sosial xidmət sahələrində könüllü fəaliyyətin genişlənməsinə dair təşəbbüslər.
  14. Açıq hökumətin təşviqi və mədən sənayesində şəffaflığın artırılmasına dair təşəbbüslər.

  

 

 

Layihələrin müddəti

Təqdim olunan layihələr Şuranın tərtib etdiyi formalara, qaydaya və şərtlərə uyğun olmalıdır. Layihələrin müddəti 12 ayadək ola bilər.

 

Maliyyə yardımının məbləği

  • 2014-cü ilin sonunadək qeydiyyatdan keçmiş QHT-lər üçün layihənin maksimum məbləği 15000 (on beş min) manat ola bilər.
  • 2015-ci il yanvarın 1-dən sonra qeydiyyatdan keçmiş QHT-lər  3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri verə bilər.

 

QHT üçün tələblər

  • Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;
  • Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir;
  • Müvafiq qanunvericiliyə uyğun olaraq Maliyyə Nazirliyinə son maliyyə hesabatını verməlidir; 
  • Təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.

 

Maliyyə yardımı aşağıdakı fəaliyyətlər üçün istifadə edilə bilməz

  1. Daşınmaz əmlakın satın alınması;
  2. Mövcud kəsirin ödənilməsi;
  3. Təhsil üçün fərdi təqaüd;
  4. Siyasi və dini fəaliyyət;
  5. Ayrı-ayrı fərdlərə maddi yardım;
  6. Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasından və ya ona riayət edilməməsindən irəli gələn cərimələrin ödənilməsi.

 

Layihələrin hazırlanması üçün texniki şərtlər

  • İctimai əhəmiyyət kəsb edən mövzu üzrə kitab nəşrini təklif edən QHT mövzuya dair ixtisaslaşmış qurumların rəyini təqdim edir;
  • Kitab nəşrini təklif edən layihənin büdcəsində çap məhsulunun həcmi və tirajının sayı göstərilir;
  • Film və video çarx çəkilişini təklif edən təşkilat filmin və video çarxın ssenarisini, dəqiq həcmini göstərir, müvafiq rəyi layihəyə əlavə edir;
  • Layihədə təlimlərin keçirilməsi nəzərdə tutulduğu hallarda təlimin mövzuları və təlimçilərin CV-ləri  əlavə olunur;
  • Seminar, konfrans, dəyirmi masa və bu tipli digər tədbirlərin proqramı, gündəliyi, iştirakçıların sayı barədə ilkin məlumatlar layihəyə əlavə olunur;
  • Televiziya verilişləri təklif edən QHT-nin müvafiq televiziyadan razılıq məktubu təqdim edən layihələrə üstünlük verilir.

 

�rizələrin təqdim olunması üçün texniki tələblər

  • QHT elektron ərizəyə daxil olmaq üçün özünün VÖEN-ni və parolunu (azı 5 simvol) daxil edir;
  • QHT müsabiqəyə yalnız Şuranın www.e-qht.az elektron xidmət saytında qeydiyyatdan keçməklə elektron ərizə və layihə təklifi ilə müraciət edir;
  • Şuranın www.e-qht.az elektron xidmət saytında olan elektron ərizədə “QHT-lərin qeydiyyatı” və “Layihə haqqında məlumat” bölmələrində olan suallara cavablandırır;  
  • �rizələrin qeydiyyatı üçün nəzərdə tutulan müddət bitdikdən sonra QHT-nin elektron poçtuna ərizənin qeydə alınması ilə bağlı bildiriş və ərizənin qeydiyyat nömrəsi göndərilir;
  • Şəxsən və ya poçtla təqdim olunan ərizələr qəbul olunmur.  

 

Layihələrin qiymətləndirilmə meyarları

Təqdim olunmuş layihə təkliflərini qiymətləndirmək üçün Şura aşağıdakı meyarlardan istifadə edəcək:

  • Müraciət edən təşkilatın irəli sürdüyü problemin Azərbaycan cəmiyyəti üçün aktuallığı, Şuranın elan etdiyi  istiqamət və mövzulara uyğunluğu;
  • Təşkilatın layihəni həyata keçirmək üçün kifayət qədər səriştəyə, bacarığa və insan resurslarına malik olması;   
  • Layihənin adının onun məqsəd və məzmununa uyğunluğu;
  • Layihə müəllifinin qoyulan  problemi aydın təsvir etməsi və əsaslandırması;
  • Layihənin məqsədinin müəyyənliyi, konkretliyi, aydınlığı və problemin təsviri ilə uyğunluğu;
  • Layihənin vəzifələrinin dəqiq müəyyənləşdirilməsi və qoyulan məqsədə çatmağa xidmət etməsi;
  • Layihədə göstərilən problemin və məqsədin benefisiarlar üçün prioritet təşkil etməsi;
  • Layihədə nəzərdə tutulan benefisiarlar qrupunun kifayət qədər aydın təsvir edilməsi, onların problemləri ilə tanışlıq və əvvəlki iş təcrübəsi;
  • Nəzərdə tutulmuş fəaliyyətlərin layihənin məqsəd və vəzifələrinin yerinə yetirilməsinə xidmət etməsi;
  • İcra planında (təqvim planı) tədbirlərin icrası üçün müəyyənləşdirilmiş müddətlərin reallığı;
  • Gözlənilən nəticələrin layihədə təsvir edilmiş problemin həllinə təsiri;
  • Nəzərdə tutulan nəticələri əldə etmək üçün tədbirlər planının real olması və həyata keçirilməsinin mümkünlüyü;
  • Təklif olunan monitorinq mexanizmlərinin layihənin əldə ediləcək nəticələrinin səmərəli qiymətləndirilməsinə imkan yaratması;
  • Layihənin davamlılıq göstəriciləri;
  • Büdcənin real və ehtiyaca uyğun hazırlanması, o cümlədən  Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğunluğu;
  • �rizə forması, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu, habelə verilmiş məlumatların və sənədlərin doğruluğu;
  • Layihə hazırlanarkən müvafiq sahə üzrə ekspertlər və potensial tərəfdaş təşkilatlarla məsləhətləşmələrin aparması.

 

�rizələrin qeydə alınmasından imtina üçün əsas  səbəblər

  • Elektron ərizədə tələb olunan məlumatların və sənədlərin çatışmazlığı;
  • �vvəlki ildə “QHT-nin illik maliyyə hesabatı”nı Maliyyə Nazirliyinə təqdim etməməsi; 
  • �vvəlki müsabiqədə maliyyələşdirilmiş layihənin icra müddətinin başa çatmaması;
  • �vvəlki müsabiqədə maliyyə yardımı almış, layihənin icrası başa çatmış QHT-nin Şuraya müvafiq hesabat təqdim etməməsi;
  • Layihələrin hazırlanması üzrə texniki şərtlərə əməl olunmaması;
  • �vvəlki maliyyə yardımı müsabiqəsi zamanı Şura ilə münaqişəli vəziyyətdə olan QHT-lərlə bağlı araşdırmaların başa çatmaması. 

 

Müsabiqənin proseduraları

Müsabiqə üzrə ərizələrin qəbulu 05 aprel 2016-cı il tarixdən elektron qaydada həyata keçirilir. �rizələrin qəbulu və qərar qəbul etmə prosesi 3 mərhələdə aparılır:

  • 1-ci mərhələ - Layihə təklifinin qəbulu;

Bu mərhələ 05 aprel 2016 – 22 aprel 2016-cı il tarixədək müddəti əhatə edir. Bu mərhələdə elektron ərizə və layihə təklifi qəbul edilir.

  • 2-ci mərhələ - �rizə və layihə təkliflərinin ilkin seleksiyası və ekspertizası ;

Bu mərhələ 18-29 aprel 2016-cı il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, layihə və ona əlavə olunan sənədlər operator tərəfindən araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir. Bu mərhələdə qeydə alınmış layihə təklifinin hər biri azı 2 ekspert tərəfindən qiymətləndirilir.

  • 3-cü mərhələ- Şurada müzakirə və qaliblərin elan edilməsi;

Müsabiqə qalibləri 2016-cı il mayın 16-dan sonra elan olunacaq. Müsabiqənin qalibləri haqda məlumat Şuranın saytında yerləşdirilir və fərdi qaydada təşkilatlara çatdırılır. Müsabiqədə qalib gəlmiş təşkilatlarla müqavilə imzalanır.

 

�lavə məlumatlar

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 15 aprel 2015-ci ildə saat 15.00-da Şuranın Ofisində(Fikrət �mirov 1, 2-ci mərtəbə) keçiriləcək.

�rizənin elektron forması, həmçinin müsabiqənin şərtləri, seçim meyarları və qiymətləndirmə qaydası iləŞuranın www.cssn.gov.azwww.qhtxeber.az və www.e-qht.az internet saytlarında tanış olmaq olar. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şuranın Katibliyinin baş məsləhətçisi Rauf Məcidbəyliyə müraciət etmək olar.   

Tel /faks: (012) 493 17 80, 493 17 32 (daxili 125). E-mail: r.medjidbeyli@cssn.gov.az

 

2016 (2) Müsabiqə şərtləri

2016 (2) Müsabiqə qaydaları

2016 (2) İcra planı

2016 (2) Xərclər smetası

2016 (2) Layihə təklifi forması

2016 (2) �rizə forması

 

XƏBƏRİ PAYLAŞ