BÖLMƏLƏR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-cı il üzrə QHT-lər üçün 1-ci qrant müsabiqəsi elan edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “Şura” adlanacaq) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.

            Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq  aşağıdakı mövzular üzrə layihələri dəstəkləyir:

 

  1. İnsan hüquqları və demokratiya məsələləri

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

  • İnsan hüquq və azadlıqlarının müdafiəsi;
  • Demokratik proseslərin dəstəklənməsi;
  • �mək hüquqlarının müdafiəsi;
  • Ödənişsiz hüquqi xidmətlərin təşkili.

 

  1. Şəffaflıq və institusional məsələlər

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

  • Korrupsiya və rüşvətxorluqla mübarizədə vətəndaş iştirakçılığının artırılması;
  • Azərbaycanda mədən sənayesində şəffaflıq təşəbbüsünün tətbiqinə dəstək;
  • “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun təbliği;
  • QHT-lərin fəaliyyətində şəffaflığın artırılması üzrə təşəbbüslər;
  • Şəffaflıq məsələlərinə həsr olunmuş video çarxların hazırlanması, təqdimatı və təşviqi.  

 

  1. İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

  • Milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınması və  dövlət sirri təşkil edən məlumatların qorunmasına dair təşəbbüslər;
  • Milli-mənəvi dəyərlərin, Azərbaycançılıq məfkurəsi və Azərbaycan dilinin qorunmasına dair təşəbbüslər;
  • İctimai problemlərin həlli istiqamətində QHT-bələdiyyə əməkdaşlığı;
  • Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslər;
  • Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə;
  • Müxtəlif mədəni və dini dünyagörüşünə malik qrupların vətəndaş cəmiyyətinə inteqrasiyası;
  • Azərbaycan dövlətinin həyata keçirdiyi islahatlara ictimai dəstək;
  • İctimai təhlükəsizliyin qorunmasında vətəndaş fəallığının artırılması;
  • Yol-nəqliyyat hərəkəti iştirakçılarının davranış qaydalarının təkmilləşməsinə dair təşəbbüslər.

 

  1. Narkomaniya və insan alveri ilə mübarizə məsələləri

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

  • Narkomaniya ilə mübarizədə ictimai fəallığın artırılması (video çarxlar, aksiyalar, yarışlar, mədəni tədbirlər);
  • İnsan alverinə qarşı mübarizədə ictimai fəallığın artırılmasına dair təşəbbüslər.

 

  1. Beynəlxalq əməkdaşlıq məsələləri

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

  • Şimali Amerika və Avropa İttifaqı ölkələrində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı tədbirlər;
  • Xarici ölkələrin KİV-lərində Azərbaycanla bağlı məqalələrin, verilişlərin və digər materialların yerləşdirilməsi;
  • Dağlıq Qarabağla bağlı yaradılmış saytların xarici dillərə tərcüməsi və yenilənməsi;
  • Azərbaycanlılara qarşı soyqırımlar, erməni təcavüzü mövzusunda xarici auditoriyalara hesablanmış videoçarxların, qrafik tipli materialların hazırlanması. Tanınmış xarici mədəniyyət və incəsənət xadimlərinin, idmançıların və digər nüfuzlu şəxslərin bu mövzularda xarici dillərdə qısa video təqdimatlarının, musiqi kliplərinin hazırlanması;
  • Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə dair xarici dillərdə elektron audio-kitabxana bazasının, onun mobil telefonlar üçün proqram təminatının yaradılması və tətbiqi;
  • Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı soyqırımların araşdırılması ilə bağlı xarici tədqiqatçılar və tələbələr üçün təqaüd proqramları;
  • Ölkəmizin mövqeyinin gücləndirilməsi məqsədilə nüfuzlu xarici KİV nümayəndələri, müstəqil jurnalist və fəal bloqerlərdən ibarət qrupların Azərbaycana səfərlərinin təşkili.

 

  1. �traf mühit və sağlamlıq məsələləri

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

  • Yaşıllıqların salınması;
  • İctimai obyektlərin ekoloji və sanitar vəziyyətinin monitorinqinin aparılması;
  • �traf mühitin məişət tullantılarından təmizlənməsi;
  • �traf mühitin öyrənilməsi, uşaqların ekoloji təcrübə işlərinə cəlb olunması və onların iştirakı ilə ekskursiyaların təşkili (festival, TV veriliş, sosial çarx);
  • Yoluxucu xəstəliklərlə mübarizə (sosial çarx, bukletlər);
  • Məişət gigiyenası, qida təhlükəsizliyi və tibbi biliklərin artırılması;
  • �hali arasında qabaqlayıcı tibbi tədbirlərin həyata keçirilməsinin təbliği;
  • Psixoloji yardıma ehtiyacı olanlar üçün məsləhət xidmətinin təşkili;
  • Fövqəladə hallarda ilkin tibbi xidmətin göstərilməsinin təbliği.

 

  1. Ailə, qadın və uşaq məsələlərinə dair təşəbbüslər

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

  • Ailə dəyərlərinin və sağlam ailə modelinin təbliğinə dair təşəbbüslər;
  • Uşaq hüquqlarının pozulmasının qarşısının alınmasına və zorakılığa məruz qalmış uşaqların problemlərinin həllinə dair təşəbbüslər;
  • Məişət zorakılığı və erkən evliliyə qarşı mübarizə tədbirləri.

 

  1. Sosial məsələlər

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

  • Ahıl, tənha və aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşması və onların asudə vaxtlarının səmərəli təşkilinə dair təşəbbüslər;
  • �lilliyi və sağlamlıq imkanı məhdud olan şəxslərin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının artırılması;
  • Şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşması.

 

  1. İqtisadi məsələlər

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

  • Kiçik biznesinin  inkişafına yönələn təşəbbüslər;
  • Fermerlərin maarifləndirilməsi və innovativ texnologiyaların tətbiqi sahəsində bilik və bacarıqlarının artırılması;
  • �halinin məşğulluğuna və kənd turizminin inkişafına dair təşəbbüslər;
  • Kiçik infrastruktur problemlərinin həllinə dair təşəbbüslər;
  • Azərbaycan Respublikası Vergi Məcəlləsinin izahı və vergi mədəniyyətinin yüksəldilməsinə dair təşəbbüslər.  

 

  1. Təhsil, mədəniyyət və idman məsələləri

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

  • Təhsilin keyfiyyətinin yaxşılaşmasına dair təşəbbüslər;
  • Məktəblilərin sağlamlığının qorunmasına və fiziki tərbiyəsinə diqqətin artırılması,  şagirdlərin pis vərdişlərdən çəkindirilməsi və sağlam böyümələri istiqamətində təşəbbüslər;
  • Ümumi təhsil müəssisələrinin işinin səmərəliliyini artırmaq məqsədilə müxtəlif maraqlı tərəfləri cəlb etməklə məktəb-valideyn münasibətlərinin təkmilləşdirilməsinə dair təşəbbüslər;
  • Yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi, onların asudə vaxtının səmərəli təşkilində QHT-lərin məktəbdənkənar müəssisələrlə əməkdaşlığının gücləndirilməsi;
  • Uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və inkişaf etdirilməsi məqsədilə tədbirlərin təşkili;
  • Məktəblilərin sağlam həyat tərzinə cəlb olunması, idmana marağın artırılması məqsədilə idman yarışlarının təşkili və digər tədbirlərin keçirilməsi;
  • Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarına azarkeş dəstəyi verilməsinə dair təşəbbüslər.

 

Layihələrin müddəti

Təqdim olunan layihələr Şuranın tərtib etdiyi formalara, qaydaya və şərtlərə uyğun olmalıdır. Layihələrin müddəti 12 ayadək ola bilər.

 

Maliyyə yardımının məbləği

  • 2014-cü ilin sonunadək qeydiyyatdan keçmiş QHT-lər üçün layihənin maksimum məbləği 15000 (on beş min) manat ola bilər.
  • 2015-ci il yanvarın 1-dən sonra qeydiyyatdan keçmiş QHT-lər  3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri verə bilər.

 

QHT üçün tələblər

  • Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;
  • Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir;
  • Müvafiq qanunvericiliyə uyğun olaraq Maliyyə Nazirliyinə son maliyyə hesabatını verməlidir; 
  • Təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.

 

Maliyyə yardımı aşağıdakı fəaliyyətlər üçün istifadə edilə bilməz

  1. Daşınmaz əmlakın satın alınması;
  2. Mövcud kəsirin ödənilməsi;
  3. Təhsil üçün fərdi təqaüd;
  4. Siyasi və dini fəaliyyət;
  5. Ayrı-ayrı fərdlərə maddi yardım;
  6. Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasından və ya ona riayət edilməməsindən irəli gələn cərimələrin ödənilməsi.

 

Layihələrin hazırlanması üçün texniki şərtlər

  • İctimai əhəmiyyət kəsb edən mövzu üzrə kitab nəşrini təklif edən QHT mövzuya dair ixtisaslaşmış qurumların rəyini təqdim edir;
  • Kitab nəşrini təklif edən layihənin büdcəsində çap məhsulunun həcmi və tirajının sayı göstərilir;
  • Film və video çarx çəkilişini təklif edən təşkilat filmin və video çarxın ssenarisini, dəqiq həcmini göstərir, müvafiq rəyi layihəyə əlavə edir;
  • Layihədə təlimlərin keçirilməsi nəzərdə tutulduğu hallarda təlimin mövzuları və təlimçilərin CV-ləri  əlavə olunur;
  • Seminar, konfrans, dəyirmi masa və bu tipli digər tədbirlərin proqramı, gündəliyi, iştirakçıların sayı barədə ilkin məlumatlar layihəyə əlavə olunur;
  • Televiziya verilişləri təklif edən QHT-nin müvafiq televiziyadan razılıq məktubu təqdim edən layihələrə üstünlük verilir.

 

�rizələrin təqdim olunması üçün texniki tələblər

  • QHT elektron ərizəyə daxil olmaq üçün özünün VÖEN-ni və parolunu (azı 5 simvol) daxil edir;
  • QHT müsabiqəyə yalnız Şuranın www.e-qht.az elektron xidmət saytında qeydiyyatdan keçməklə elektron ərizə və layihə təklifi ilə müraciət edir;
  • Şuranın www.e-qht.az elektron xidmət saytında olan elektron ərizədə “QHT-lərin qeydiyyatı” və “Layihə haqqında məlumat” bölmələrində olan suallara cavablandırır;  
  • �rizələrin qeydiyyatı üçün nəzərdə tutulan müddət bitdikdən sonra QHT-nin elektron poçtuna ərizənin qeydə alınması ilə bağlı bildiriş və ərizənin qeydiyyat nömrəsi göndərilir;
  • Şəxsən və ya poçtla təqdim olunan ərizələr qəbul olunmur.  

 

Layihələrin qiymətləndirilmə meyarları

Təqdim olunmuş layihə təkliflərini qiymətləndirmək üçün Şura aşağıdakı meyarlardan istifadə edəcək:

  • Müraciət edən təşkilatın irəli sürdüyü problemin Azərbaycan cəmiyyəti üçün aktuallığı, Şuranın elan etdiyi  istiqamət və mövzulara uyğunluğu;
  • Təşkilatın layihəni həyata keçirmək üçün kifayət qədər səriştəyə, bacarığa və insan resurslarına malik olması;   
  • Layihənin adının onun məqsəd və məzmununa uyğunluğu;
  • Layihə müəllifinin qoyulan  problemi aydın təsvir etməsi və əsaslandırması;
  • Layihənin məqsədinin müəyyənliyi, konkretliyi, aydınlığı və problemin təsviri ilə uyğunluğu;
  • Layihənin vəzifələrinin dəqiq müəyyənləşdirilməsi və qoyulan məqsədə çatmağa xidmət etməsi;
  • Layihədə göstərilən problemin və məqsədin benefisiarlar üçün prioritet təşkil etməsi;
  • Layihədə nəzərdə tutulan benefisiarlar qrupunun kifayət qədər aydın təsvir edilməsi, onların problemləri ilə tanışlıq və əvvəlki iş təcrübəsi;
  • Nəzərdə tutulmuş fəaliyyətlərin layihənin məqsəd və vəzifələrinin yerinə yetirilməsinə xidmət etməsi;
  • İcra planında (təqvim planı) tədbirlərin icrası üçün müəyyənləşdirilmiş müddətlərin reallığı;
  • Gözlənilən nəticələrin layihədə təsvir edilmiş problemin həllinə təsiri;
  • Nəzərdə tutulan nəticələri əldə etmək üçün tədbirlər planının real olması və həyata keçirilməsinin mümkünlüyü;
  • Təklif olunan monitorinq mexanizmlərinin layihənin əldə ediləcək nəticələrinin səmərəli qiymətləndirilməsinə imkan yaratması;
  • Layihənin davamlılıq göstəriciləri;
  • Büdcənin real və ehtiyaca uyğun hazırlanması, o cümlədən  Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğunluğu;
  • �rizə forması, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu, habelə verilmiş məlumatların və sənədlərin doğruluğu;
  • Layihə hazırlanarkən müvafiq sahə üzrə ekspertlər və potensial tərəfdaş təşkilatlarla məsləhətləşmələrin aparması.

 

�rizələrin qeydə alınmasından imtina üçün əsas  səbəblər

  • Elektron ərizədə tələb olunan məlumatların və sənədlərin çatışmazlığı;
  • �vvəlki ildə “QHT-nin illik maliyyə hesabatı”nı Maliyyə Nazirliyinə təqdim etməməsi; 
  • �vvəlki müsabiqədə maliyyələşdirilmiş layihənin icra müddətinin başa çatmaması;
  • �vvəlki müsabiqədə maliyyə yardımı almış, layihənin icrası başa çatmış QHT-nin Şuraya müvafiq hesabat təqdim etməməsi;
  • Layihələrin hazırlanması üzrə texniki şərtlərə əməl olunmaması;
  • �vvəlki maliyyə yardımı müsabiqəsi zamanı Şura ilə münaqişəli vəziyyətdə olan QHT-lərlə bağlı araşdırmaların başa çatmaması. 

 

Müsabiqənin proseduraları

Müsabiqə üzrə ərizələrin qəbulu 14 dekabr 2015-ci il tarixdən elektron qaydada həyata keçirilir. �rizələrin qəbulu və qərar qəbul etmə prosesi 4 mərhələdə aparılır:

  • 1-ci mərhələ - Layihə təklifinin qəbulu;

Bu mərhələ 14 dekabr 2015 – 15 yanvar 2016-cı il tarixədək müddəti əhatə edir. Bu mərhələdə elektron ərizə və layihə təklifi qəbul edilir.

  • 2-ci mərhələ - �rizə və layihə təkliflərinin ilkin seleksiyası;

Bu mərhələ 16-30 yanvar 2016-cı il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, layihə və ona əlavə olunan sənədlər operator tərəfindən araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir. 

  • 3-cü mərhələ - Qeydə alınmış layihə təkliflərinin ekspertizası;

Bu dövr 01-19 fevral 2016-cı il tarixədək müddəti əhatə edir. Bu mərhələdə qeydə alınmış layihə təklifinin hər biri azı 2 ekspert tərəfindən qiymətləndirilir.

  • 4-cü mərhələ- Şurada müzakirə və qaliblərin elan edilməsi;

Müsabiqə qalibləri 2016-cı il martın 10-dan sonra elan olunacaq. Müsabiqənin qalibləri haqda məlumat Şuranın saytında yerləşdirilir və fərdi qaydada təşkilatlara çatdırılır. Müsabiqədə qalib gəlmiş təşkilatlarla müqavilə imzalanır.

 

�lavə məlumatlar

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 18 dekabr 2015-ci ildə saat 15.00-da Şuranın Ofisində (Fikrət �mirov 1, 2-ci mərtəbə) keçiriləcək.

�rizənin elektron forması, həmçinin müsabiqənin şərtləri, seçim meyarları və qiymətləndirmə qaydası ilə Şuranın www.cssn.gov.az, www.qhtxeber.azwww.e-qht.az internet saytlarında tanış olmaq olar. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şuranın Katibliyinin baş məsləhətçisi Rauf Məcidbəyliyə müraciət etmək olar.   

Tel /faks: (012) 493 17 80, 493 17 32 (daxili 125). E-mail: r.medjidbeyli@cssn.gov.az

 

�rizə forması     /uploads/files/Elave%201%20Erize%20formasi%202016.doc

Layihə təklif forması      /uploads/files/Elave%202%20Layihe%20teklifi%20formasi%202016.doc

Xərclər smetası      /uploads/files/Elave%203%20Xercler%20smetasi%202016.xlsx

İcra planı      /uploads/files/%C4%B0cra%20plan%C4%B1%202016.doc

Müsabiqə qaydaları      /uploads/files/Musabiqe%20qaydalari%202016(1).doc

Müsabiqə şərtləri       /uploads/files/Musabiqenin%20elani%202016.doc

XƏBƏRİ PAYLAŞ