BÖLMƏLƏR

Azay Quliyev “Şuşaya Azadlıq" kampaniyasının xarici tərəfdaşları ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) həyata keçirdiyi “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı Toplantısı” layihəsinin icrasına başlanılıb.Bu gün Şurada layihə çərçivəsində ölkəmizdə səfərdə olan 19 xarici ölkənin (Polşa, Türkiyə, Litva, İspaniya, Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Bolqarıstan, Yunanıstan, Belçika, İsrail, Rumıniya, Estoniya, Latviya, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Sudan) QHT-ləri ilə görüş keçirilib.Toplantıda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri haqqında qonaqlara ətraflı məlumat verib. Şura sədri Ermənistanın işğalçılıq siyasəti nəticəsində məcburi köçkün düşən bir milyondan artıq azərbaycanlının əksər fundamental hüquqlarından məhrum edildiyini, zəpt olunan Azərbaycan ərazilərindəki mədəni, tarixi abidələrin tamamı ilə dağıdıldığını vurğulayıb. Azay Quliyev BMT-nin işğal edilmiş Azərbaycan ərazilərinin qeyri-şərtsiz azad olunmasıyla bağlı qəbul etdiyi 4 qətnamənin 20 ildən artıq müddətdə Ermənistan tərəfindən icra edilməməsini təəssüflə qeyd edərək, vətəndaş cəmiyyəti inistitutlarını bu ədalətsizliyə qarşı mübarizənin önündə yer almağa çağırıb: ”Ermənistanın Qafqazınkanservatoriyası olan  Şuşa şəhərini işğal edərək oradakı mədəni, tarixi abidələri dağıtması bütövlükdə bəşəriyyətin mənəvi irsinə qarşı qəsddir. QHT-lərin bu cür faktların beynəlxalq ictimaiyyətə çatdırılması, ədalətin bərpa olunması işində fəallıqlarını artırmalarına ciddi ehtiyac var”.Beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edən Ermənistana qarşı sanksiyaların tətbiqinin çoxdan vaxtının çatdığını qeyd edən Şura sədri“Şuşaya Azadlıq” beynəlxalq kampaniyası çərçivəsində silsilə tədbirlərin il boyu davam etdiriləcəyini bildirib.Görüşdə Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov sözügedən kampaniya çərçivəsində görülmüş işlər, Şuranın strukturu, fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat verib.Görüşün sonunda QHT rəhbərləri ilə fikir mübadiləsi aparılıb.

XƏBƏRİ PAYLAŞ