?> CSSN-Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
BÖLMƏLƏR

Azay Quliyev ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ATƏT-in Bakı ofisinin rəhbəri Aleksiz Şahtahtinski ilə görüş keçirilib. Aleksiz Şahtahtinski təmsil etdiyi qurumun fəaliyyəti və ATƏT-in vətəndaş cəmiyyəti üçün nəzərdə tutulmuş proqramları haqqında ətraflı məlumat verib. ATƏT-in yerli ofisinin rəhbəri Şura ilə bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını deyib və bir sıra təkliflərini səsləndirib.Şura sədri, millət vəkili Azay Quliyev dövlətin QHT sektorunun inkişafında beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmdən danışıb. Azay Quliyev regionlarda Resurs və Təlim Mərkəzləri şəbəkəsinin genişləndirilməsi, QHT-lərin instusional inkişafı üçün təlimlərin keçirilməsi, təcrübə mübadiləsinin təşkili, “Azərbaycan Respublikasında QHT-lərin vəziyyəti haqqında Milli Hesabat”ın yenilənməsi, vətəndaş cəmiyyəti ilə bağlı ingilis dilində nəşrlərin hazırlanması və digər sahələrdə ATƏT-in yerli ofisi ilə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.Şura sədri ATƏT-in Bakı ofisinin təqdim etdiyi təkliflərin maraqla qarşıladığını və müzakirələrin davam etdirilməsinin faydalı olduğunu qeyd edib. 

XƏBƏRİ PAYLAŞ