?> CSSN-Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
BÖLMƏLƏR

Azay Quliyev Asiya İnkişaf Bankının ölkə direktoru Olly Norojono ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə Direktoru Olly Norojono ilə görüş keçirilib.

AİB-in ölkə ofisinin rəhbəri bankın fəaliyyəti haqqında məlumat verərək Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Cənab Norojono təmsil etdiyi bankın Azərbaycanda bir sıra layihələrə dəstək verdiyini və bu fəaliyyətin gələcəkdə də davam etdirilməsi niyyətində olduqlarını bəyan edib.

Şura sədri, millət vəkili Azay Quliyev Şuranın fəaliyyəti haqqında qonağa məlumat verərək dövlətin QHT-lərin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyət haqqında danışıb. Azay Quliyev Asiya İnkişaf Bankının əməkdaşlıq təklifini müsbət qiymətləndirdiyini və diqqətlə araşdırılacağını qeyd edib.

Görüşdə iki qurum arasında əməkdaşlığa dair konkret təkliflərin hazırlanması istiqamətində razılıq əldə olunub.

 

XƏBƏRİ PAYLAŞ