BÖLMƏLƏR

Azay Quliyev Niderland Krallığının XİN-nin Avropa və Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi, səfir Dirk Jan Kop və Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

9 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevlə Niderland Krallığının Xarici İşlər Nazirliyinin Avropa və Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi, səfir Dirk Jan Kop, Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robbert J. Gabrielse və səfirliyin məsləhətçisi xanım Özlem Canela arasında görüş keçirilib. 

         Görüşdə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq, ölkəmizin QHT qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində qəbul olunan qərarlar, Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Azərbaycana olan münasibət və digər mövzular ətrafında müzakirələr aparılıb. Şura sədri Azay Quliyev səfirləri maraqlandıran suallara cavab verib.

XƏBƏRİ PAYLAŞ