?> CSSN-Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
BÖLMƏLƏR

ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili ilə Şurada görüş keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili cənab Derek Hoqani,  səfirliyin siyasi müşaviri Daniel Slaşer və Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktor müavini Robert Lopez ilə görüş keçirilib.

Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun yaradılması və fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat verib.

Azərbaycanda vətəndaş cəmiyyəti inistutlarının fəalliyyətini daim izlədiklərini söyləyən cənab Derek Hoqani QHT-lər haqqında qanunvericliyə edilən əlavə və dəyişikliklərdən sonra təşkilatların rastlaşdıqları çətinliklər haqqında fikirlərini bildirib. ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili, həmçinin, xarici QHT-lərin �dliyyə Nazirliyində qeydiyyata alınması proseduru ilə də maraqlanıb.

Şura sədri rəhbərlik etdiyi qurumla SEDA proqramı arasında davam edən uğurlu əməkdaşlığın Azərbaycan dövlətinin ABŞ hökuməti tərəfindən maliyyələşdirilən QHT-lərin ölkəmizdə fəaliyyət göstərməsində maraqlı olduğunu göstərdiyini qeyd edib. Azay Quliyev Şuranın USAİD ilə də yaxın əməkdaşlıq etdiyini vurğulayıb.

Azay Quliyev bütün xarici QHT-lərin Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müvafiq qaydada fəaliyyət göstərməsinin vacibliyini qeyd edib. Şura sədri qanunvericiliyə edilən son əlavə və dəyişikliklərin vətəndaş cəmiyyətində daha sağlam mühitin yaradılmasına, şəffaflığın təmin olunmasına yönəldiyini bildirərək qonağın bütün suallarına ətraflı cavab verib.  Şura sədri təəssüflə qeyd edib ki, bəzi Avropa və ABŞ rəsmiləri bir sıra məsələlərə hüquqi deyil, siyasi tərəfdən baxaraq birtərəfli və əsassız şəkildə Azərbaycanı tənqid edirlər.

Azay Quliyev bank hesablarının dondurulmasının siyasi xarakter daşımadığını, bu QHT-lər arasında hökümətyönümlü təşkilatların da yer aldığını xatırladaraq, bunun müvəqqəti olduğunu və hüquq-mühafizə orqanları tərəfindən bəzi təşkilatların fəaliyyətinin araşdırılması ilə bağlı olduğunu izah edib. A.Quliyev fəaliyyəti zamanı çətinliklərlə üzləşən QHT-lərin işinə köməklik edilməsi məqsədilə Şuranın “hüquq və monitorinq” komissiyası yaratdığını da vurğulayıb.

Şura sədri görüşdə ABŞ və bir sıra Avropa ölkələri nümayəndələrinin Azərbaycana qarşı ikili standartlardan, qeyri-obyektiv mövqedən çıxış etməsinin də təəssüf doğurduğunu bildirib. A. Quliyev rəsmi Vaşinqtonun BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan dörd qətnamənin həyata keçirilməməsinə görə Ermənistan dövlətinə heç bir təzyiq etmədiyini, əksinə separatçı bölgəyə maliyyə dəstəyi ayırdığını bildirərək bütün bunlar Azərbaycan cəmiyyətində təəssüf hissi doğurur.

Daha sonra  tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr davam etdirilib.

XƏBƏRİ PAYLAŞ