BÖLMƏLƏR

Şurada Almaniyanın nüfuzlu təşkilatı ilə müqavilə imzalanacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  Almaniya-Azərbaycan Forumu ilə qrant müqaviləsi imzalayacaq.  

Almaniya-Azərbaycan Forumu Azərbaycan Respublikasının Almaniyada fəxri konsulu Otto Hauser (Almaniya hökumətinin sabiq sözçüsü), Helga Daub (sabiq millət vəkili), Riçard Kisler (media qrupunun rəhbəri), Hans-Ditrix Qenşer (Almaniyanın sabiq Xarici İşlər naziri) tərəfindən təsis edilib. Təşkilatın rəhbəri Almaniyanın sabiq dövlət katibi  Hans-Eberhard Şlayerdir.

Azərbaycan-Almaniya Forumunun əsas məqsədi Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin gücləndirilməsidir.

Müqavilənin imzalanma mərasimində Almaniyadan gəlmiş nüfuzlu nümayəndə heyəti üzvlərindən Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayer, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrents, “Almaniya-İsrail Cəmiyyəti”nin sədri Raynold Robben, Alman-Azərbaycan Forumunun baş katibi, keçmiş dövlət katibi Mixael Andreas Buts və başqalarının iştirakı gözlənilir.

Tədbir 4 sentyabr 2014-cü il saat 12.00-da Şuranın ofisində olacaq.

Media dəvətlidir. 

XƏBƏRİ PAYLAŞ