?> CSSN-Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
BÖLMƏLƏR

Şurada Almaniyanın nüfuzlu təşkilatı ilə qrant müqaviləsi imzalandı

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  xarici ölkə QHT-ləri üçün elan etdiyi müsabiqənin qaliblərindən biri olan Almaniya-Azərbaycan Forumu ilə qrant müqaviləsi imzaladı.  

Tədbiri açan Şura sədri Azay Quliyev qonaqları salamlayaraq onların Azərbaycanda çox vacib görüşlər keçirdiklərini və bu görüşlərin gələcək əməkdaşlıq üçün yeni impulslar verəcəyinə əminliyini ifadə etdi. Şura sədri bildirdi ki, Almaniya-Azərbaycan Forumu indiyədək öz dəyərli və səmərəli fəaliyyətilə ölkələrimiz arasında siyasi, iqtisadi, elmi və mədəni əməkdaşlığın inkişafında mühüm rol oynayıb. A.Quliyev bu gün imzalanan layihənin həyata keçirilməsi nəticəsində Alman-Azərbaycan dostluğunun daha da güclənəcəyini vurğuladı.

Şura sədri A.Quliyev, həmçinin qeyd etdi ki, Şura ilə əməkdaşlıq edən Almaniya QHT-si tərəfindən aparılmış tədqiqatlar Almaniya mətbuatında 1988-2013-cü illərdə Azərbaycan haqqında birtərəfli, bəzi hallarda qərəzli məlumatların dərc edilməsi faktlarını aşkarlamışdır. Bu gün imzalanan layihə çərçivəsində yaradılacaq informasiya portalının Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, eləcə də müstəqil dövlət olaraq əldə etdiyi bütün nailiyyətlər haqqında alman ictimaiyyətini yetərincə məlumatlandıracağına və Almaniyada Azərbaycan haqqında ilkin, etibarlı məlumat bazası olacağına inam ifadə etdi.

Tədbirdə çıxış edən Almaniya-Azərbaycan Forumunun rəhbəri Hans-Eberhard Şlayer Almaniya nümayəndə heyətinə göstərilən diqqətə görə təşəkkürünü bildirdi və layihənin hər iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına layiqli töhfə verəcəyinə əmin olduğunu bildirdi. Müqavilənin imzalanma mərasimində Almaniyadan gəlmiş nümayəndə heyəti üzvlərindən Almaniya-Azərbaycan Forumu qəyyumlar şurasının üzvü Raynold Robben, Almaniya-Azərbaycan Forumunun baş katibi Mixail Butts iştirak etdi. 

XƏBƏRİ PAYLAŞ