BÖLMƏLƏR

Azay Quliyev TİKA-nın Azərbaycan kordinatoru ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev “Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı” (TİKA) Bakı nümayəndəliyinin kordinatoru Mustafa Polad və kordinator müavini İsmayıl Gürleçlə görüşüb.

Görüşdə Şura və TİKA proqramı arasında əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Azay Quliyev iki qardaş dövlətin qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq əlaqələrinin getdikcə genişləndiyini və bu sahədə Şura rəhbərliyi tərəfindən bir sıra konkret addımların atıldığını qeyd edib. Şura sədri Şuranın beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu və nəzərdə tutulan işlərin ümimilikdə vətəndaş cəmiyyətinin inkişafı üçün vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

TİKA Azərbaycan Korinatoru Mustafa Polad Şuranın elektron TV-nin yaradılmasında, “e-xidmət” sahəsində fəaliyyətini genişləndirməkdə, QHT-lər üçün Resurs və Təlim mərkəzinin texniki təchizatında, Strateji və Təhlil Mərkəzinin yaradılmasına texniki dəstək verməyə hazır olduğunu bildirib.

Bundan əlavə TİKA-nın Avropa nümayəndəlikləri olan ölkələrdə Azərbaycan maraqlarına uyğun layihələrin təşkili mümkünlüyü də götrüş zamanı qeyd olunub.

Sonda Azay Quliyev son günlərdə Azərbaycan və Ermənistan sərhəddində ermənilərin atəşkəsi pozması nəticəsində yaralanmış 3 Azərbaycan əsgərinin Türkiyəyə müalicə üçün aparılmasına göstəridiyi köməyə görə TİKA rəhbərliynə təşəkkür edib. 

XƏBƏRİ PAYLAŞ