BÖLMƏLƏR

Şurada “Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqa� təşkilatının nümayəndələri ilə görüş keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Belçika senatının fəxri spikeri,  Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqa təşkilatının Azərbaycanda qadın hüquqlarının vəziyyətindən bəhs edən layihəsinin koordinatoru Anna-Mariya Lizinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.Şura sədri Azay Quliyev qonaqları salamlayaraq Azərbaycanda qadınların cəmiyyətdəki çoxşaxəli rolu haqqında danışaraq onların hüquqlarının müdafiəsi və dövlət idarəçiliyinə cəlb edilməsi baxımından bütün müsəlman dünyasına örnək bir ölkə olduğumuzu qeyd edib. A. Quliyev hələ 20-ci əsrin əvvəlində, 1918-ci ildə Şərqdə ilk dəfə rəsmi olaraq Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verildiyini deyərək bu gün də onların dövlətin idarəçiliyində mühüm yerə sahib olduğunu ifadə edib. Hazırda ölkə parlamentinin 16, bələdiyyə üzvlərinin isə 27 faizinin qadınlardan ibarət olduğunu bildirən Şura sədri layihənin icrası zamanı bu kimi nümunələrin dünyaya obyektiv şəkildə tanıdılmasının vacibliyini vurğulayıb.Anna-Mariya Lizin Şuranın xarici QHT-lər üçün qrant proqramı çərçivəsində icra etdikləri layihənin Azərbaycanda qadın hüquqlarının müdafiəsi işi, onların qərarların qəbulunda oynadığı rolunun vəziyyətinə dair araşdırmalar apardıqlarını və ölkəmizi sivil, demokratik ölkə kimi müsəlman dövlətlərinə nümunə hesab etdiklərini bildirib. Layihənin koordinatoru qadınların qərarların qəbulunda və bütövlükdə cəmiyyət həyatında oynadığı rolu, Azərbaycanın müsbət təcrübəsini yaxından öyrənmək, yerli şəraitlə tanış olmaq üçün Bakı, Şirvan və Qəbələdə qadın hüquqlarını müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərlə, icra və bələdiyyə strukturlarında təmsil olunan qadınlarla görüşlər keçirəcəklərini deyib.Tərəflər görüşdə layihənin icrası ilə bağlı ortaya çıxan məsələlərə dair fikir mübadiləsi aparıblar. 

XƏBƏRİ PAYLAŞ