BÖLMƏLƏR

Şura və BMT-nin birgə təşkilatçılığı ilə təqdimat keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və BMT-nin Azərbaycandakı daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Park Inn hotelində Beynəlxalq Avrasiya Mətbuat Fonduna BMT-nin İqtisadi və Sosial Şurasının yüksək məşvərətçi statusunun verilməsinə həsr edilmiş təqdimat keçirilib. Toplantını giriş sözü ilə açan Şuranın əməkdaşı, tədbirin moderatoru Lütfi Kəbir iki qurumun birgə təşkil etdiyi tədbirin Azərbaycanın milli QHT-lərindən biri olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun beynəlxalq uğuruna şahidlik etmək olduğunu qeyd edib. Vətəndaş cəmiyyətinin tarixinə baxdıqda bütün sahələrdə Azay Quliyevin gərgin əməyinin nəticəsiin göründüyünü bildirən tədbirin moderatoru ilk sözü Şura sədrinə verib.BAMF-yə BMT-nin İqtisadi və Sosial Şurasının yüksək məşvərətçi statusunun verilməsini ölkəmizin vətəndaş cəmiyyətinin həyatında mühüm hadisə adlandıran Şura sədri bu uğurun arxasında böyük əmək, təcrübə və etimad qazanmaq bacarığının durduğunu deyib. Dünyada 10 milyondan artıq milli QHT-nin, 40 mindən çox beynəlxalq QHT-nin fəaliyyət göstərdiyini bildirən Azay Quliyev bunlardan yalnız 148-nin BMT-nin İSŞ-na üz ola bildiyini qeyd edib. Şura sədri keçmiş postsovet məkanında Rusiyadan sonra BAMF-nin simasında yalnız Azərbaycan QHT-sinin bu yüksək statusa layiq görülməsinin ölkəmiz üçün böyük nailiyyət və qürur olduğunu vurğulayıb. Bu uğur münasibəti ilə bütün ictimai sektor adından BAMF-nin sədri Umud Mirzəyevi təbrik edən A. Quliyev əldə edilən müvəffəqiyyətin təsadüfi olmadığını deyib. Azərbaycan dövlətinin QHT-lərin inkişafı üçün münbit şərait yaratdığını qeyd edən Şura sədri onların fəaliyyətinin cənab prezident İlham �liyevin imzaladığı müxtəlif proqramlar vasitəsi ilə hərtərəfli dəstəkləndiyini bildirib. Bu şəraitin QHT-lərimizə ölkəmizi yalnız yerli deyil, həm də beynəlxalq miqyasda təmsil etməyə imkan verdiyini qeyd edən Azay Quliyev vətəndaş cəmiyyəti adından ölkə başçısına təşəkkürünü çatdırıb.BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (UNDP) daimi nümayəndəsi Antonius Broek BAMF-yə BMT-nin İSŞ-nın yüksək məşvərətçi statusunun verilməsinin QHT-lərlə BMT-nin əməkdaşlıq imkanlarının artmasına xidmət edəcəyini bildirib. BAMF-nin 1992-ci ildən bu yana vətəndaş cəmiyyəti sahəsində göstərdiyi fəaliyyətin BMT tərəfindən dəyərləndirildiyini bildirən Antonius Broek əldə edilən statusun həm şərəfli ad, həm də ictimai sektor qarşısında böyük məsuliyyət olduğunu qeyd edib.Birgə əməkdaşlığın Azərbaycanın milli prioritetlərinə, əsas problemlərinin həllinə yönəlməli olduğunu qeyd edən A. Broek "Minilliyin çağırışı" Proqramının və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının buna münbit şərait yaratdığını bildirib.Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri �li Hüseynli qanunlara edilən əlavə və dəyişikliklər zamanı ən tənqidi və səmərəli fikirlərin məhz QHT-lərin dilindən eşitdiyini bildirən millət vəkili çox zaman bu arqumentlər qarşısında peşəkar hüquqşünaslar olaraq güzəştə getməyə məcbur olduqlarını qeyd edib. Bu gün Azərbaycanın sabit və inkişaf edən dövlət olmasının əsas səbəbinin ölkə idarəçiliyində KİV və QHT-lərin yaxından iştirak etməsi olduğunu vurğulayıb. O, BAMF-nun BMT-nin İSŞ-nın yüksək məşvərətçi statusu qazanmasının bir təşkilatın deyil, bütövlükdə Azərbaycan QHT-lərinin nailiyyəti olduğunu vurğulayıb.Prezident Adminstrasiyası ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Səlimov hər bir qht-nin uğur qazanmasının iki əsas şərti olduğunu, BAMF-nin bu baxımdan həm yerli, həm də beynəlxalq miqyasda müvəffəqiyyət qazanaraq ölkəmizi layiqincə təmsil etdiyini bildirib.Təqdimat mərasiminə təşrif buyurduğuna görə bütün qonaqlara təşəkkürünü bildirən BAMF sədri Umud Mirzəyev 1945-ci ildən etibarən cəmi 148 QHT-nin belə bir status əldə edə bildiyini vurğulayaraq Azərbaycan təşkilatı olaraq belə bir uğur qazanmaqlarından qürur duyduqlarını söyləyib. Azərbaycanın və regionumuzun mədəni humanitar inkişafı və sülh quruculuğu istiqamətində bundan sonrada etibarlı tərəfdaş olmaqda davam edəcəklərini bildirən U. Mirzəyev vətəndaş cəmiyyətinin rəhbərlik etdiyi təşkilatın əsas dəyərlərindən biri olduğunu vurğulayıb.Toplantının sonunda Azay Quliyev BAMF-nin sədri Umud Mirzəyevə Şuranın fəxri fərmanını təqdim edib.

XƏBƏRİ PAYLAŞ