BÖLMƏLƏR

Çexiya parlamentinin üzvləri ilə Şurada görüş keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ölkəmizdə səfərdə olan Çexiya Respublikası Parlamentinin Senatının Avropa İttifaqı məsələləri Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilibQonaqları salamlayan Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun yaranması və fəaliyyəti haqqında Çexiya parlamentarilərinə ətraflı məlumat verib. Şuranın əsas məqsədinin vətəndaş cəmiyyətinin ictimai təşəbbüslərini hərtərəfli şəkildə dəstəkləyərək hökumətlə QHT sektoru arasında əlaqələri koordinasiya etmək olduğunu bildirib. Şuranın yaradılması zamanı ABŞ və Avropa təcrübəsini öyrəndiklərini bildirən A. Quliyev qurumun 2007-ci ildə demokratik prinsiplər əsasında formalaşdırıldığını, 11 üzvündən 8-nin vətəndaş cəmiyyətini təmsil etdiyini qeyd edib. Şuranın ötən 6 illik fəaliyyəti dövründə heç bir ayrıseçkilik etmədən 2500-dən artıq QHT-nin layihəsini maliyələşdirdiyini və bunun vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm töhfə olduğunu vurğulayıb. Azərbaycanın QHT sahəsində örnək təcrübəyə malik olduğunu, ölkədə 3 mindən artıq QHT-nin insan haqları, demokratiya, ekolologiya, sosial, təhsil və digər sahələrdə fəaliyyət göstərdiyini bildirib.Çexiya QHT-ləri ilə də əməkdaşlıq etdiklərini deyən Şura sədri xarici QHT-lər üçün qrant proqramı çərçivəsində onlardan ikisinin layihəsinin dəstəkləndiyini bildirib.Çexiya Parlamentinin Senatının Avropa İttifaqı məsələləri Komitəsinin sədri, Çexiya – Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Miroslav Kreyça səmimi qəbula görə təşəkkürünü bildirərək ölkəmizdə ilk dəfə olduqlarını və gördüklərindən məmnunluqlarını bildirib.Miroslav Kreyça nümayəndə heyətinə daxil olan şəxslərin QHT sektorunda böyük təcrübəyə malik olduğunu bildirib.  Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərlə tanış olmağa, ölkəmizin təcrübəsini öyrənməyə böyük maraq göstərdiklərini vurğulayıb.Toplantıda qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirilməsi baxımından görüşlərin davam etdirilməsi haqqında razılığa gəlinib.

XƏBƏRİ PAYLAŞ