BÖLMƏLƏR

Şura sədri Beynəlxalq Qara dəniz və Xəzər dənizi Fondunun sədri ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Beynəlxalq Qara dəniz və Xəzər dənizi Fondunun sədri, Türkiyə parlamentinin üzvü İsmayıl Safi ilə görüşüb.Rəhbərlik etdiyi təşkilata Qara və Xəzər dənizləri hövzəsinə aid olan ölkələrlə yanaşı bir sıra Avropa dövlətlərinin də üzv olduğunu bildirən millət vəkili İsmayıl Safi fəaliyyətlərində Avropa İttifaqı ilə münasibətlərə xüsusi önəm verdiklərini qeyd edib. İndiyədək mədəniyyət, sosial və iqtisadi sahədə 300-dək layihə icra etdiklərini qeyd edən İsmayıl Safi 2014-cü ilin martın 9-da Fondunun yaradılmasının 5 illiyi münasibəti ilə İstanbulda beynəlxalq tədbir keçirəcəklərini deyib.Görüşdə Fond sədri rəhbərlik etdiyi təşkilatın fəaliyyətinin genişləndirilməsi istiqamətində Azərbaycanın rolunun artırılması, Aİ ilə ölkələrimizin əlaqələrinin inkişaf etdirilməsi haqqında fikirlərini bildirib. İsmayıl Safi eyni zamanda “Avropa Siyasət Mərkəzi” ilə Azərbaycanın münasibətlərinin inkişaf perespektivləri və mövcud potensialı haqqında da təkliflərini səsləndirib.Şura ilə Fond arasında ikitərəfli münasibətlərin inkişafı haqqında danışan Azay Quliyev Azərbaycanın Avropaya inteqrasiyası prosesi çərçivəsində iki qurum arasında uğurlu əməkdaşlıq imkanlarının olduğunu bildirib.A. Quliyev milli maraqlarımızın beynəlxalq aləmdə təbliğinə həsr edilən layihələrin dəstəklənməsi istiqamətində Şuranın həyata keçirdiyi işlər haqqında da məlumat verərək bu sahənin fəaliyyətlərində prioritet istiqamət təşkil etdiyini vurğulayıb.Qeyd edək ki, UQXF 1999-cu ildə təsis edilib. BMT yanında müşahidəçilik statusuna malik olan təşkilatda 22 ölkə təmsil olunur.

XƏBƏRİ PAYLAŞ