BÖLMƏLƏR

Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Brüsselə gedir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 15-17 dekabr tarixlərində Brüsselə səfər edəcək.Səfərin məqsədi Şuranın xarici QHT-lərə maliyyə yardımı çərçivəsində dəstək verdiyi “Avropa Yəhudi Birliyi” və “Ukrayna Yəhudilər Konqresi”nin “Azərbaycanda yəhudi həyatı və tolerantlıq mədəniyyəti” layihəsinin yekununa həsr olunan beynəlxalq konfransda iştirak etməkdir. Konfrans Avropa Yəhudi Parlamenti Baş Assambleyasının yaxından dəstəyi ilə Avropa Parlamentində təşkil olunacaq. Tədbirdə mövzuya aid qısa film nümayiş etdiriləcək və bir sıra məruzələr dinləniləcəkdir.Səfər çərçivəsində Şuranın nümayəndə heyəti Avropa Komissiyasının Vətəndaş Cəmiyyəti və Yerli Hakimiyyət İdarəsinin rəhbəri cənab Angelio Baglio ilə QHT sektorunun aktual məsələlərinə aid əməkdaşlıq məsələlərini müzakirə edəcək.Səfər zamanı Şuranın əməkdaşlıq etdiyi bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları ilə görüş keçiriləcək və icrada olan layihələr haqqında fikir mübadiləsi aparılacaq.

XƏBƏRİ PAYLAŞ