BÖLMƏLƏR

Şura sədri Belçika senatının fəxri sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Belçika senatının sabiq sədri, fəxri spikeri Anne-Marie Lizinli qəbul edib. Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Lizinli Azay Quliyevlə ATƏT-dəki birgə fəaliyyətindən məmnun olduğunu ifadə edib. O, Azərbaycanın sürətli inkişafını maraqla müşahidə etdiklərini, lakin bir çox dairələrin ölkəmizin bu cür hərtərəfli yüksəlişindən narahatlıqlarını gizlətmədiklərini, bu səbəbdən də, bəzən keçirilən seçkilərə obyektivlikdən kənar qiymət verdiklərini bildirib. Belçika senatının fəxri spikeri Azərbaycanın Cənubi Qafqazın bütün göstəricilərinə görə lider dövləti olaraq hər zaman Avropanın diqqət mərkəzində olduğunu vurğulayıb. O, Azərbaycanın müsəlman ölkəsi olaraq müasir, sivil inkişaf tərzinin rəğbət doğurduğunu və bu dəyərlərin Avropada tanıdılmasının vacibliyini qeyd edib.Azay Quliyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Avropaya inteqrasiya xəttini seçdiyini və bu münasibətlərdə səmimi olduğunu bildirib. O, Avropa dövlətlərindən və təşkilatlarından da hər zaman qarşılıqlı və bərabərhüquqlu münasibət gözlədiklərini, bəzi hallarda isə bu gözləntilərin özünü doğrultmadığını qeyd edib.Görüşdə Şura  ilə Fransa və Belçika QHT-ri arasında birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə olunub.

 

XƏBƏRİ PAYLAŞ