BÖLMƏLƏR

Şura xarici ölkələrin QHT-ləri üzrə qrant müsabiqəsinə yekun vurdu

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Toplantıda Şuranın xarici ölkələrin QHT-ləri üçün elan etdiyi maliyyə müsabiqəsinin yekunları, 2013-cü ilin 3-cü rübündəki fəaliyyəti barədə hesabat və cari məsələlər müzakirə edilib.Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov xarici QHT-lərin layihələri haqqında məlumat verərək bildirib ki, müsabiqəyə15 ölkədən 91 layihə təklifi daxilib olub. Bunlardan 48-i ilk araşdırmalardan sonra 2-ci tura keçib. Daxil olan tam layihə təklifləri Şuranın və beynəlxalq ekspertlərin iştirakı ilə araşdırılmış və bunlardan 31-i haqqında müsbət rəy bildirilmişdir.Şura üzvləri gündəlikdə duran məsələlərə münasibət bildirərək onların qəbul olunmasını məqsədəuyğun hesab etdiklərini qeyd edərək 31 layihənin maliyələşdirilməsini qərara alıblar. İclasda Şuranın fəaliyyətinə dair bir sıra məsələlər, o cümlədən 2014-cü il maliyyə müsabiqəsi şərtlərinə QHT-lərin ədliyyə Nazirliyindən dövlət qeydiyyatı haqqında reysterdən çıxarış və sonuncu maliyyə ili fəaliyyəti haqqında məlumat verməsinin əlavə edilməsi qərara alınıb.

XƏBƏRİ PAYLAŞ