BÖLMƏLƏR

Şurada SEDA layihəsinin nümayəndələri ilə görüş keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ölkəmizdə sosial-iqtisadi fəaliyyət layihəsinin (SEDA) nümayəndələri ilə görüş keçirilib. İlk olaraq çıxış edən layihənin rəhbəri Timoti Mədiqan hazırkı dövrədək görülən işlər haqqında məlumat verdi. Ölkəmizdə səfərdə olan sözügedən layihənin icraçısı Şərq-Qərb İdaəretmə İnistitutunun rəhbəri xanım Delina Fico isə hər zaman Şura haqqında yüksək fikirdə olduğunu bildirdi. O layihənin komponentləri haqqında məlumat verərək 2014-cü il üçün fəaliyyət proqramını müzakirə etməyi təklif etdi.Şuranın icraçı direktoru Fərasət Qurbanov qonaqları salamlayaraq layihə çərçivəsində Şuranın əməkdaşlıq təkliflərini onların diqqətinə çatdırdı. Görüşdə region QHT-ləri üçün müxtəlif mövzularda təlimlərin təşkili, elektron xidmətlərin təkmilləşdirilməsi, ictimai iştirakçılıq, o cümlədən yeni qəbul edilən qanunların təbliği, beynəlxalq konfransın keçirilməsi, təcrübə mübadiləsi səfərlərinin həyata keçirilməsi, təlimçilər komandasının yaradılması, təlim modullarının hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XƏBƏRİ PAYLAŞ