BÖLMƏLƏR

Şura sədri Almaniyalı qonağı qəbul edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Frankfurt Sulh Araşdırmalar İnistitutunun tədqiqatlar departamentinin rəhbəri Hans Joachim Spangeri qəbul edib. A. Quliyev qonağa Şura və onun xarici ölkələrin QHT-ləri üçün elan etdiyi qrant proqramı haqqında ətraflı məlumat verib. Şura sədri eyni zamanda konfliktlərin həlli üzrə Avropalı mütəxəsislərin böyük təcrübəyə malik olduğunu bildirərək Sulh Araşdırmalar İnistitutunun Azərbaycan və Almaniya QHT-ləri arasında əməkdaşlığın inkişafında mühüm rol oynaya biləcəyini vurğulayıb. Səmimi qəbul üçün təşəkkürünü bildirən Hans Joachim Spanger əsas işlərinin təqdiqat, məlumatların yayılması və bu informasiyaların dövlət strukturları arasında müzakirələrinin təşkili olduğunu söyləyib. O, Almaniya QHT-ləri və universtetlərinin Şuranın qrant elanına böyük maraq göstərdiyini bildirib.Hans Joachim Spanger özü də Şuranın qrant proqramında maraqlı oldugunu, mövcud 5 istiqamət üzrə sülh və təhlükəsizliyin gücləndirilməsi və regional münaqişələrin mənfi nəticələrinin aradan qaldırılması (Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müstəvisində) mövzusunda tədqiqat aparmaq istədiklərini söyləyib.

XƏBƏRİ PAYLAŞ