BÖLMƏLƏR

Azay Quliyev Harvard Universitetinin tələbələrilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev  ölkəmizdə səfərdə olan Harvard Universitetinin bir qrup tələbəsilə görüşdü.A.Quliyev Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı və Şuranın bu istiqamətdə gördüyü işlər barədə təqdimatla çıxış etdi. Şura sədri QHT-lərin dövlət tərəfindən dəstəklənməsi, QHT layihələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiq edilməsilə bağlı qonaqları məlumatlandırdı. Şuranın bu ildən etibarən demokratik dəyərlər və Azərbaycanla əlaqəli bir sıra mövzular üzrə xarici QHT-ləri maliyyələşdirməyə başlaması, eləcə də Şurada bütün layihə təklifləri və hesabatların yalnız elektron formada qəbul edilməsi haqda yeniliklər də qonaqların diqqətinə çatdırıldı.Şuraya təqdim edilən layihələrin qiymətləndirmə prosedurları, maliyyələşdirilən layihələrin monitorinqi, Şuranın beynəlxalq fəaliyyəti və başqa məsələlər Harvard Universiteti tələbələrini maraqlandıran suallar kimi A.Quliyevə ünvanlandı. Şura sədri bütün sualları ətraflı və müfəssəl cavablandırdı. 

XƏBƏRİ PAYLAŞ