BÖLMƏLƏR

Şura Litvanın Avropa Birliyinə sədrliyi ilə əlaqədar keçiriləcək beynəlxalq konfransa dəstək verəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Demokratik Siyasət İnistitutu və Avropa Parlamentinin Xalq Partiyası siyasi qrupu ilə birgə iyunun 6-dan 8-dək Vilnüs şəhərində keçiriləcək Litvanın AB-nə sədrliyinə həsr edilən “Dəyərlər və siyasət: Avropanın xristian kökləri” adlı beynəlxalq konfransın təşkilində iştirak edəcək.Beynəlxalq tədbirdə Avropa Parlamentinin, Avronest PA-nın üzvlərinin, nüfuzlu dövlət xadimləri və diplomatların iştirakı nəzərdə tutulur.Xatırladaq ki, 1 iyun 2013-cü ildən Avropa Birliyinə Litva sədrlik edəcək. Göstərilən tarixdən sonra ilk dəfə təşkil olunan bu mühüm beynəlxalq konfransda Avropanın nüfuzlu siyasi şəxsləri adıçəkilən qitənin gələcək prioritet istiqamətləri ilə bağlı müzakirələr aparacaqlar.

XƏBƏRİ PAYLAŞ