BÖLMƏLƏR

Azay Quliyev Avropa Parlamentinin üzvləri ilə görüşdü

Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili  Azay Quliyevlə Çexiyadan olan qonaqlar-Avropa Parlamentinin vitse-prezidenti Oldrich Vlasak və  Avropa Parlamentinin üzvü, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Jan Zahradil arasında görüş keçirilib. A.Quliyev ölkəmizin Avropa strukturları, o cümlədən Avropa Parlamenti ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb və qeyd edib ki, Avropa məkanına inteqrasiya Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Görüşdə həmçinin, ölkəmizlə Avropa Parlamenti arasında əlaqələrin daha da inkişaf etdirilməsi, Avropa Parlamenti ilə daha sıx əməkdaşlıq yollarının araşdırılması, həmçinin Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlıq perspektivləri, Azərbaycan-Çexiya əlaqələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Şura sədri vurğulayıb ki, dövlətimizin davamli inkişafı artıq Azərbaycanın da xarici QHT-lərə maliyyə dəstəyi göstərməsinə imkan yaradır. “Azərbaycan Respublikasının Prezidenti tərəfindən 1 may 2013-cü il tarixdə Şuranın fəaliyyətinin dəstəklənməsi ilə bağlı imzalanmış Sərəncam qurumun daha geniş miqyasda fəaliyyətinə imkan verir və Şura dünyanın 15 ölkəsində QHT-lərə də maliyyə dəstəyi göstərməyi nəzərdə tutur,”-deyə o qeyd edib.  A.Quliyev bu siyahıda Çexiyada fəaliyyət göstərən QHT-lərin də olduğunu xüsusilə vurğulayıb və  əmin olduğunu bildirib ki, bu əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin gücləndirilməsində vacib rol oynayacaq.Müzakirələr zamanı son illər ölkəmizdə aparılan uğurlu islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycan həqiqətləri haqqında da qonaqlara ətraflı məlumat verilib. A.Quliyev Avropa Parlamentinin bəzi üzvlərinin Dagliq Qarabaga etdiyi səfərlərə öz etirazını bildirib və qeyd edib ki, bu səfər  qarşılıqlı əlaqalərin inkişafına kölgə sala bilər.Səmimi qəbul üçün minnətdarlığını bildirən Avropa Parlamentinin vitse-prezidenti Oldrich Vlasak və  Avropa Parlamentinin üzvü, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Jan Zahradil ölkəmizə səfərlərindən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını söyləyiblər. Onlar qeyd ediblər ki, Avropa Parlamentinin Dağlıq Qarabagla bagli mövqeyi dəyişməyib ve biz münaqişənin həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dəstəkləyirik. Sonra qonaqlar səfər zamanı keçirdikləri görüşlərdən, aparılan müzakirələrdən söz açaraq, Azərbaycanın musəlman ölkəsi olmasına baxmayaraq, dünyəvi dəyərlərə sadiq qaldığına heyran olduqlarını və ölkəmizdə Avropa strukturlarına inteqrasiya istiqamətində atılan addımları təqdir ediblər. 

XƏBƏRİ PAYLAŞ