BÖLMƏLƏR

SEDA layihəsi çərçivəsində əməkdaşlıq müzakirə olunub

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında  Amerika Birləşmiş Ştatlarının Şərq-Qərb İnstitutunun rəsmiləri ilə  görüş  keçirilib. Görüşün  keçirilməsində məqsəd  reallaşdırılan “Sosial-iqtisadi inkişaf layihəsi” (SEDA) çərçivəsində Şura ilə İnstitut  arasındakı  münasibətləri  müzakirə  etmək olub.Şərq-Qərb İnstitutunun prezidenti Adrian Hyurik  bu yaxınlarda  əməkdaşlıq  çərçivəsində memorandumun imzalanması mərasimini yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının rəhbərliyinə təşəkkürünü bildirib və qeyd edib ki, başçılıq  etdiyi qurum bundan sonra  SEDA layihəsi çərçivəsində  Şura ilə  birgə fəaliyyət  göstərəcək. O həmçinin vurğulayıb ki, bu sahədə iş planının hazırlanması və  icra olunmasında  da  əməkdaşlıq edəcəklər. Xatırladaq  ki, bu il aprelin 17-də Şura ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) arasında “Birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. əməkdaşlığın məqsədi  ümumi icma yönümlü regional sosial-iqtisadi inkişafda vətəndaş iştirakçılığının  gücləndirilməsi, QHT-lərlə hökumət və özəl sektoru təmsil edən tərəfdaşların əlaqələndirilmiş şəbəkəsinin yaradılması vasitəsilə ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsidir.

XƏBƏRİ PAYLAŞ