BÖLMƏLƏR

Azay Quliyev Ankaraya yola düşüb.

Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq  Təşkilatı  ölkələri  qeyri-hökumət təşkilatları  forumunun toplantısı keçirilir. Tədbirdə ümumilikdə 12 ölkədən, o cümlədən Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstan  nümayəndə heyətləri  iştirak edir. Bu gün Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri qeyri-hökumət təşkilatları forumunun sədri Azay Quliyevin rəhbərliyi ilə Azərbaycan  nümayəndə heyəti  toplantıda iştirak etmək üçün Ankaraya yola düşüb. Tədbirdə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri qeyri-hökumət təşkilatları forumunun regional əməkdaşlıqla bağlı təklifləri və fəaliyyət proqramı müzakirə ediləcək.Qeyd edək ki,  Qara  Dəniz İqtisadi Əməkdaşlıq  Təşkilatı  ölkələrinin  Qeyri-Hökumət Təşkilatları  Forumunun təsis toplantısı 27 noyabr  2012-ci ildə  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  təşkilatçılığı ilə Bakı şəhərində keçirilib. Tədbir zamanı  Forumun  hüquqi  bazası  müəyyənləşdirilərək, Bakı Bəyannaməsi  imzalanıb və Şuranın sədri Azay Quliyev Forumun sədri seçilib. Qurumun əsas məqsədi region dövlətlərinin həyata keçirdiyi böyük layihələrə ictimai dəstəyi təmin etmək, ölkələrdə vətəndaş cəmiyyəti institutlarının inkişafına nail olmaqdır.

XƏBƏRİ PAYLAŞ