BÖLMƏLƏR

Şura və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında “Birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu� imzalandı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında “Birgə �məkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalandı. Bu münasibətlə “Hilton” hotelində düzənlənmiş mərasimdə Şura üzvləri, USAİD əməkdaşları və media nümayəndələri iştirak etdi.  Tədbiri açan Şura sədri Azay Quliyev Memorandumun imzalanması münasibətilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi rəhbərinin Avropa və Avrasiya üzrə müavini xanım Paige Aleksandrın Azərbaycana gəlişini qeyd edərək bildirdi ki, Şura vətəndaş cəmiyyətinin inkişafı naminə beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirir. A.Quliyev Şuranın yaradılmasında , eləcə də sonrakı fəaliyyəti zamanı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin təcrübəsindən geniş istifadə edildiyini vurğulayaraq, bu əməkdaşlığın müəyyən tarixi olduğunu diqqətə çatdırdı. A.Quliyev qeyd etdi ki, memorandum çərçivəsində nəzərdə tutulan  əməkdaşlığın məqsədi  ümumi və icma yönümlü regional sosial-iqtisadi inkişafda vətəndaş iştirakçılığının gücləndirilməsi, QHT-lərlə hökumət və özəl sektoru təmsil edən tərəfdaşların əlaqələndirilmiş şəbəkəsinin yaradılması vasitəsilə ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə töhfə verməkdir. Bildirildi ki, Memorandumun çərçivəsində  layihələr Azərbaycanın Aran, Quba-Xaçmaz və Gəncə-Qazax regionlarında həyata keçiriləcək və ümumilikdə 25-ə qədər rayonu əhatə edəcək.ABŞ Beynəlxalq İnkişaf Agentliyi rəhbərinin Avropa və Avrasiya üzrə müavini xanım Paige Aleksandr Şuranın Azərbaycan cəmiyyətində yerinə yetirdiyi missiyadan məmnunluq duyduğunu ifadə etdi və memorandum çərçivəsində reallaşdırılacaq layihələrin yerli özünüidarəetmədə vətəndaş iştirakçılığına təsir imkanları haqqında danışdı. Xanım P.Aleksandr USAİD - Şura əməkdaşlığının səmərəli və davamlı olacağına ümid etdiyini bildirdi. Şuranın əməkdaşlıq üçün ciddi tərəfdaş olduğunu vurğulayan xanım P.Aleksandr Azərbaycana bir qədər gec gəlib çatdığından dünən Şuranın 5 illik yubiley mərasimində iştirak edə bilmədiyindən təəssüfləndiyini bildirdi. Memorabndumun müddətlərilə bağlı xanım P.Aleksandr qeyd etdi ki, əməkdaşlıq 2013-2016-cı illəri əhatə edir, amma tərəflər bir-birinin etimadını qazanacağı və tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirəcəyi təqdirdə bu müddətlərin uzadılması məsələsinə baxıla bilər. A.Quliyev vətəndaş iştirakçılığı ilə bağlı Şura tərəfindən hazırlanmış və Milli Məclisdə birinci oxunuşdan keçmiş “İctimai iştirakçılıq haqqında” qanun layihəsinin bu yöndə həyata keçirilən layihələr üçün mühüm əhəmiyyət daşıdığını və bununla Azərbaycanda yerli özünü idarəetmə və qərarların qəbul edilməsi prosesində vətəndaş iştirakçılığına dövlət zəmanətinin verildiyini nəzərə çatdırdı.Memorandumun imzalanması mərasimi oldu. Şura tərəfdən sənədi sədr Azay Quliyev, ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfdən  qurumun rəhbərinin Avropa və Avrasiya üzrə müavini xanım Paige Aleksandr imzaladı.Memorandumun imzalanması mərasimindən sonra mətbuat nümayəndələri üçün brifinq keçirildi.

XƏBƏRİ PAYLAŞ