BÖLMƏLƏR

Azərbaycan, Rusiya və Türkiyə QHT-lərinin üçtərəfli əməkdaşlıq forumu keçirildi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəvətilə Azərbaycana gəlmiş Rusiya Federasiyası İctimai Palatasının nümayəndə heyəti və Türkiyə Sivil Toplum Quruluşları təmsilçilərinin səfər proqramı çərçivəsində Azərbaycan-Rusiya-Türkiyə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı üzrə üçtərəfli formatda müzakirələr keçirildi.Ölkələrimiz arasında üçtərəfli əməkdaşlığın təşkili ilə bağlı müddəa bu gün Şura və İctimai Palata arasında imzalanmış Memorandumda öz əksini tapıb. Tərəflər Beynəlxalq əməkdaşlıq Mərkəzinin sədri Azay Quliyev, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov və Türkiyə millət vəkili, Eko-Avrasiya Sivil Toplum Quruluşunun sədri İsmayıl Safinin başçılıq etdiyi nümayəndə heyətlərilə təmsil olundular.Üç ölkə QHT-lərinin regional və beynəlxalq əməkdaşlığının təşkil edilməsi istiqamətində keçən səmərəli danışıqlar nəticəsində münasibətlərin qarşılıqlı ictimai fayda və milli maraqların müdafiəsi üzərində qurulmasının vacibliyi vurğulandı. əməkdaşlığın reallaşdırılması və təşkilati-texniki təminatı üçün konkret təkliflər paketinin işlənib hazırlanması barədə razılıq əldə olundu. Növbəti üçtərəfli görüşün Moskvada keçirilməsi təklif edildi.

XƏBƏRİ PAYLAŞ