BÖLMƏLƏR

Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının İctimai Palatasında görüş keçirdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 20 noyabr 2012-ci ildə Moskvada Rusiya Federasiyası İctimai Palata sədrinin birinci müavini Mixail Vladimiroviç Ostrovskinin başçılıq etdiyi Palatanın idarə heyətinin üzvləri ilə görüşdü. Gündəlikdə duran məsələlər - iki ölkə vətəndaş cəmiyyəti institutlarının keçdiyi mərhələlər, milli, regional və yerli səviyyələrdə ictimai nəzarətin təşkili, vətəndaş cəmiyyəti qurumlarının ikitərəfli münasibətlərin inkişafına, inteqrasiya prioseslərinə və regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfəsi, vətəndaş cəmiyyəti qurumları arasında əməkdaşlığın perspektivləri və 2013-cü ildə Azərbaycan və Rusiya birgə əməkdaşlıq layihələri barədə geniş fikir mübadiləsi aparıldı. M.V.Ostrovski və İctimai Palata üzvləri Abramov S.A., Diskin İ,Y., Sokolov A.V., Albakova F.Y., Pşixaçev Ş.A. İctimai Palatanın bu məsələlərlə bağlı fəaliyyəti, eləcə də ikitərəfli əməkdaşlığın perspektivləri barədə danışdılar.Çıxış edən Şura sədri Azay Quliyev, Şura üzvü Sahib Məmmədov, Dilarə Vəliyeva, Rəna Mirzəzadə və Gülnarə Hüseynova Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, inkişaf mərhələləri və ölkə QHT-lərinə dövlət dəstəyi, eləcə gündəliyin digər məsələlərilə bağlıöz fikirlərini bölüşdülər.
A.Quliyev iki ölkənin vətəndaş cəmiyyətləri arasında əməkdaşlıqla bağlı konkret təkliflər paketini görüş iştirakçılarına təqdim etdi. Təkliflər sırasında 2013-cü ildə Rusiya və Azərbaycan QHT-lərinin qarşılıqlı əhəmiyyət kəsb edən layihələrinin maliyyələşdirilməsi üçün birgə qrant müsabiqəsinin keçirilməsi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına vətəndaş cəmiyyəti institutlarının töhfəsinin verilməsi üçün Rusiya Federasiyası İctimai Palatasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməyilə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkili, Rusiya və Azərbaycanda keçirilən parlament və prezident seçkilərində QHT-lərin monitorinq və exit-pol aparmasının təşkili, Rusiya Federasiyasında yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiya olunmasına, o cümlədən azərbaycanlılarla bağlı milli-etnik zəmində baş verən münaqişələrin araşdırılmasına, münaqişəli vəziyyətlərin aradan qaldırılmasına hər iki ölkə QHT-ləri təmsilçilərindən ibarət birgə qrupların cəlb edilməsi, hər iki ölkənin QHT-lərindən formalaşan “Rysiyanın və Azərbaycanın Dostları" qrupunun yaradılması, Azərbaycan-Rusiya sərhədində vətəndaşlarım nəqliyyat vasitələrinin sərbəst keçidinə yaradılan maneələrin və problemlərin operativ qaydada aradan qaldırılmasına ictimai nəzarəti təmin etmək məqsədilə hər iki ölkənin QHT təmsilçilərindən ibarət monitorinq qruplarının yaradılması, Rusiyada yaşayan azərbaycanlılar üçün pulsuz dil kurslarının təşkili, iki ildən bir Azərbaycan Rusiya QHT-lərinin forumunun keçirilməsi, beynəlxalq arenada hər iki ölkənin mənafeyini müdafiə məqsədilə birgə fəaliyyətin əlaqələndirilməsi və s. qeyd edildi.M.V.Ostrovski və İctimai Palata üzvləri təkliflərə bütövlükdə müsbət yanaşdıqlarını qeyd edərək, onların ikitərəfli əməkfdaşlıq üçün yetərincə dəyərli olduğunu,gələcək fəaliyyətin planlaşdırılması üçün anlaşma memorandumunun hazırlanması və onun 2013-cü ilin mart ayında İctimai Palata üzvlərinin Bakıya səfəri zamanı imzalanmasının vacibliyini bildirdilər.Müzakirələr zamanı İctimai Palatanın üzvləri tərəfindən Rusiya, Azərbaycan və Türkiyə vətəndaş cəmiyyəti qurumları arasında əməkdaşlığın təşkili məqsədilə üçtərəfli formatda görüşlərin keçirilməsi təklif edildi və təklif Azərbaycan nümayəndə heyəti tətəfindən razılıqla qarşılandı.Sonda səsləndirilən bütün təklif və rəylərin ümumiləşdiriılməsi, anlaşma memorandumunun layihəsinin və 2013-cü ilin fəaliyyət planının hazırlanması üçün hər iki tərəfin nümayəndələrindən ibarət birgə işçi qrupu yaradıldı.

XƏBƏRİ PAYLAŞ