BÖLMƏLƏR

Azay Quliyev SEDA proqramının nümayəndələri ilə görüşdü

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şərq-Qərb İdarəetmə İnstitutu  Azərbaycanda Sosial-İqtisadi İnkişaf Proqramının (SEDA) nümayəndələri Timosi Madiqan, Ziba Quliyeva, Vaqif Həsənov və USAİD demokratiya və idarəçilik layihələrinin icrası üzrə mütəxəssisi Pərviz Musayevlə görüşdü.Görüşdə Şura və SEDA proqramı arasında əməkdaşlıq münasibətlərinin yaradılması haqqında fikir mübadiləsi aparıldı. A.Quliyev Şuranın beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu və imzalanmaq üçün hazırlanan anlaşma memorandumunda nəzərdə tutulan işlərin vətəndaş cəmiyyətinin inkişafı üçün vacib əhəmiyyət kəsb etdiyini vurğuladı.Gələcək əməkdaşlıq üçün “Vətəndaş iştirakçılığında beynəlxalq və milli təcrübə mövzusunda konfransın birgə təşkili, SEDA layihəsinin müşahidə şurasında QHT-lərə Dövlət Dəstəyi Şurasının təmsilçiliyi və Şuranın digər təklifləri müzakirə olundu və onlara münasibət bildirildi.

XƏBƏRİ PAYLAŞ