BÖLMƏLƏR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası nümayəndə heyətinin Çexiya Respublikasına işgüzar səfəri

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndə heyəti 15-16 oktyabr 2012-ci il tarixdə Çexiya Respublikasına işgüzar səfər etmişdir. Səfərin məqsədi vətəndaş cəmiyyətinin inkişafı sahəsində Çexiya Respublikasının qazandığı təcrübə ilə yaxından tanış olmaq və qarşılıqlı əməkdaşlıq əlaqələri qurmaqdan ibarət olmuşdur.Səfər çərçivəsində Çexiya Respublikasının müvafiq hökumət strukturları, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə səmərəli görüşlər keçirilmişdir. Çexiya Respublikasının Hökumət Evinin İnsan Haqları üzrə dövlət komissarı, insan haqları sektorunun direktoru Monika Simunkova ilə keçirilən görüşdə nümayəndə heyətinə insan haqları sahəsində Çexiya hökumətinin həyata keçirdiyi tədbirlər və bu sahədə vətəndaş cəmiyyəti təşkilatları ilə aparılan işlər barədə geniş məlumatlar verilmişdir.Növbəti görüşdə Çexiya Respublikasının Hökumət Evinin Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları üzrə Dövlət Şurası katibliyinin departament rəhbəri Hana Fristenska vətəndaş cəmiyyətinin inkişafını dəstəkləyən proqramların icrası, dövlət büdcəsindən vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş proqramlara vəsaitlərin ayrılması üzrə standartlar və qaydalar, qeyri-hökumət təşkilatları ilə müxtəlif nazirliklərin və dövlət idarələrinin əməkdaşlığı, QHT-lərə tətbiq olunan vergi güzəştləri barədə nümayəndə heyətinə məlumat vermişdir. Bildirilmişdir ki, Çexiya Respublikasında 100 min QHT qeydə alınmışdır. 2012-ci ildə dövlət büdcəsindən QHT-lərə milli valyuta ilə 10 milyard kron (530 milyon ABŞ dolları) vəsait ayrılmışdır. Bu layihələrin icrasında 8 min QHT iştirak etmişdir.“İctimai Faydalı Təşkilatlar Assosiasiyasının prezidenti Marek Sedivlə keçirilən görüşdə nümayəndə heyətinə bu tipli təşkilatlar və qurumlar, onların müəyyənləşdirilməsi qaydaları, bu təşkilatların həyata keçirdiyi sosial sifarişlər, “ictimai faydalı təşkilatlarla bağlı konsepsiya və qanunvericilik sənədləri barədə ətraflı məlumat verilmişdir.Səmərəli keçən görüşlərdən biri də Çexiya Parlamenti Nəzarət Komitəsinin sədri Boytex Filiplə olmuşdur. Görüşdə vətəndaş cəmiyyəti təmsilçilərinin ölkələrarası əməkdaşlıq məsələləri, ATƏT, Avropa İttifaqı və Avropa Şurasında təmsil olunan parlamentarilər arasında əməkdaşlıq məsələləri geniş müzakirə edilmişdir.

XƏBƏRİ PAYLAŞ