BÖLMƏLƏR

Azay Quliyev türkiyəli QHT rəhbərilə görüşdü

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Türkiyənin Beynəlxalq əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin rəhbəri Göksel Gülbeylə görüşdü.Görüşdə iki ölkənin qeyri-hökumət təşkilatlarının əməkdaşlığı barədə geniş fikir mübadiləsi aparıldı. G.Gülbey rəhbərlik etdiyi təşkilatın Avropa ölkələrində, Türkiyədə, xüsusilə İqdır bölgəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verdi.A.Quliyev Azərbaycan QHT-ləri və Türkiyə Sivil Toplum Quruluşlarının ölkələrimizə qarşı həm beynəlxalq, həm də regional miqyasda irəli sürülən erməni iddiaları ilə mübarizədə böyük həmrəylik göstərdiyini, amma bu işin davamlı, mütəşəkkil və daha təsirli formalarda aparılmasının zəruriliyini qeyd etdi. Bildirildi ki, əməkdaşlığın effektiv koordinasiyası üçün iki ölkə QHT-ləri arasında əlaqələrin gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi vacibdir.

XƏBƏRİ PAYLAŞ