BÖLMƏLƏR

Şurada Avropa Qəzetəçilər Dərnəyinin rəhbərilə görüş oldu

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov Avropa Qəzetəçilər Dərnəyinin sədri Adnan Fişənglə görüşdü. Görüşdə Türkiyə və Azərbaycan QHT-lərinin ortaq mətbuat layihələri çərçivəsində əməkdaşlığı barədə fikir mübadiləsi aparıldı.Şuranın başqa QHT-lər sırasında jurnalist təşkilatlarına da yardımından danışan F.Qurbanov Avropa Qəzetəçilər Dərnəyilə də səmərəli əməkdaşlığın qurulmasının mümkünlüyü qeyd etdi. Birgə fəaliyyətin əsas hədəfləri kimi ölkələrimizin mədəni nailiyyətlərinin Avropada təbliğini, eləcə də türk dünyasına qarşı müxtəlif təzyiqlərin mətbuat vasitəsilə önlənməsinin vacibliyini bildirən F.Qurbanov Dərnəyin Azərbaycanda fəaliyyətinin genişlənməsilə bağlı Şuranın əməkdaşlığa hazır olduğunu bildirdi.A.Fişəng qurumun strateji məqsədləri, eləcə də Azərbaycanda təmsilçiliyinin rəsmiləşdirilməsi barədə öz fikirlərini açıqladı.

XƏBƏRİ PAYLAŞ