BÖLMƏLƏR

Azay Quliyev İstanbula getdi

Qara dəniz İqtisadi əməkdaşlıq Təşkilatının yaradılmasının 20 illiyi münasibətilə üzv ölkələrin hökumət başçılarının iştirakı ilə iyunun 26-da İstanbulda yubiley tədbiri keçiriləcək. Tədbir çərçivəsində düzənlənən QHT forumunda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərliyilə nümayəndə heyəti təmsil edəcək.Forumda Qara dəniz İqtisadi əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.Forumun işində iştirak etmək üçün nümayəndə heyəti bu gün İstanbula yola düşüb.

XƏBƏRİ PAYLAŞ