BÖLMƏLƏR

Azay Quliyev xanım Antonella Valmorbida ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Yerli Demokratiya Agentlikləri Assosiasiyasının (ALDA) direktoru xanım Antonella Valmorbida ilə görüşdü. Baş ofisi Fransada yerləşən ALDA beynəlxalq təşkilatı dünyanın əksər ölkələrində öz nümayəndəlikləri vasitəsilə təmsil olunur.Görüş zamanı A.Quliyev xanım A.Valmorbidaya Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf mərhələləri, eləcə də rəhbərlik etdiyi Şuranın fəaliyyəti, məqsəd və vəzifələri haqqında məlumat verdi. A.Quliyev qeyd etdi ki, ölkəmizdə demokratik proseslərin dərinləşdirilməsi istiqamətində həyata keçirilən QHT layihələrinin səmərə əmsalı ildən-ilə artır, ölkənin vətəndaş cəmiyyəti institutları arasında qarşılıqlı əməkdaşlıq daha da güclənir.Görüşdə Şura ilə Yerli Demokratiya Agentlikləri Assosiasiyası arasında əməkdaşlığın möhkəmləndirilməsi barədə geniş fikir mübadiləsi aparıldı.

XƏBƏRİ PAYLAŞ