BÖLMƏLƏR

ABŞ-da çıxan jurnalda Şuranın fəaliyyəti ən yaxşı təcrübə kimi təşviq edildi

Amerika Birləşmiş Ştatlarında çıxan “Qeyri-kommersiya hüququ üzrə beynəlxalq jurnalda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətini əks etdirən məqalə dərc olunub.http://www.icnl.org/research/journal/vol14iss1/art_2.html Şuranın 3 illik fəaliyyətinə həsr olunmuş məqalədə Azərbaycan QHT sektorunun inkişafında yeni mərhələnin başlanğıcı olaraq QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasını şərtləndirən amillər, QHT-lərin dövlət büdcəsindən maliyyələşdirilməsində qazanılmış təcrübə hərtərəfli təhlil edilib.Məqalədə Şuranın yaradılmasını zəruri edən məsələlərlə yanaşı bu sahədə mövcud olan beynəlxalq təcrübənin də diqqətlə öyrənildiyi və nəzərə alındığı bildirilir. Həmçinin, az bir zaman kəsiyində QHT-lərin dövlət büdcəsindən maliyyələşdirməsi prosesində Şuranın əldə etdiyi nailiyyətlərin müvafiq beynəlxalq qurumlar tərəfindən ən yaxşı təcrübə kimi qeyd edildiyi vurğulanır.“Qeyri-kommersiya hüququ üzrə beynəlxalq jurnalda dərc olunan məqalələr ABŞ hökumət dairələri, Venesiya Komissiyasının ictimai sektor üzrə ekspertləri tərəfindən diqqətlə izlənilir. Sevindirici haldır ki, ölkəmizdə QHT sektorunun inkişafını və QHT-lərin dövlət büdcəsindən uğurla maliyyələşdirilməsini təşviq edən belə bir məqalə məhz ABŞ-da işıq görmüş və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmişdir.

XƏBƏRİ PAYLAŞ