BÖLMƏLƏR

Şura ilə Avropa Şurası arasında əməkdaşlıq məsələləri müzakirə edildi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri səfir Konstantin Yerokostopulosla görüşdü.Şuranın ofisində keçən görüşdə QHT-lərin inkişafı, vətəndaş cəmiyyəti institutlarının Avropa Şurası strukturları ilə əməkdaşlığı, QHT qanunvericiliyi və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında geniş fikir mübadiləsi aparıldı.

Mətbuat xidməti

XƏBƏRİ PAYLAŞ