BÖLMƏLƏR

Beynəlxalq monitorinq qrupu Azərbaycanda QHT fəaliyyətini izləyir

Avropa İttifaqının (Aİ) himayəsi və Qara dəniz-Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq fondun təşkilatçılığı ilə “Müasir Azərbaycanda vətəndaş cəmiyyətinin rolu mövzusunda monitorinq aparan bir qrup ekspert ölkəmizdə səfərdədir. Qrupun tərkibinə Marius Opran (Fondun Brüsseldəki nümayəndəliyinin direktoru, Aİ-nin Avropa iqtisadi və sosial komitəsinin üzvü, Rumıniyanın sabiq dövlət idarəçiliyi və daxili işlər naziri), Brayan Kassidi (Aİ-nin Avropa iqtisadi və sosial komitəsinin daxili bazar, istehsal və istehlak bölməsinin rəhbəri, Avropa Parlamentinin sabiq üzvü), Amanda Paul Akçakoça (Brüsseldə fəaliyyət göstərən Avropa Siyasi Mərkəzinin müstəqil siyasi analitiki, “Aİ qonşuluğu forumunun əlaqələndiricisi), Felicia Skoartsa (Fondun tədqiqatçısı) daxildirlər.qhtxeber.az-ın məlumatına görə, bu gün qonaqlar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında oldular. Qonaqları Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qəbul etdi və qurumun fəaliyyəti haqqında onlara ətraflı məlumat verdi. Qrupun rəhbəri cənab Marius Opran bildirdi ki, monitorinq demokratik islahatlar, insan hüquqlarının qorunması, mətbuat və söz azadlığı, vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının rolunun artırılması sahəsində Azərbaycanda həyata keçirilən siyasətin öyrənilməsi və tədqiq edilməsi məqsədini daşıyır. Cənab M.Opran monitorinqin nəticələri haqqında hazırlanacaq hesabatın Avropa İttifaqı strukturlarına təqdim ediləcəyini qeyd etdi.F.Qurbanov QHT-lərə dövlət dəstəyinin müxtəlif istiqamətləri, eləcə də QHT-lərin dövlət büdcəsindən maliyyələşdirilməsi, QHT layihələrinin qiymətləndirilməsi, layihələrinin monitorinqi və icra effektivliyinin artırılması barədə qonaqların çoxsaylı suallarını cavablandırdı.Montorinq qrupunun səfər proqramı üzrə Azərbaycan paytaxtında bir sıra hökumət strukturları, ictimai və beynəlxalq qurumların təmsilçiləri ilə görüşləri planlaşdırılıb.

XƏBƏRİ PAYLAŞ