BÖLMƏLƏR

Şurada Türkiyə bələdiyyələr birliyi rəhbərləri ilə görüş oldu

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Türkiyənin Mərmərə Bələdiyyələr Birliyi rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşdü. Mərmərə Bələdiyyələr Birliyi idarə heyətinin üzvü Səlim Yağçı, Türkiyə Bələdiyyələr Birliyi idarə heyətinin üzvü Osman Yılmaz, Mərmərə Bələdiyyələr Birliyinin Avropa Birliyi və beynəlxalq əlaqələr üzrə direktoru Murat Daudov və Mərəmərə Bələdiyyələr Birliyinin əməkdaşı İskəndər Günəşdən ibarət nümayəndə heyəti Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda Assosiasiyasının Şura tərəfindən maliyyələşdirilən layihəsi çərçivəsində keçirilən tədbirlərə qatılmaq üçün Azərbaycana səfərə gəlmişlər.Şura sədri A.Quliyev Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində bələdiyyə və qeyri-hökumət təşkilatları əməkdaşlığının mühüm əhəmiyyət daşıdığını bildirdi. A.Quliyev qeyd etdi ki, iki yüz ildən artıq fəaliyyət tarixi olan Türkiyə bələdiyyələrinin, ayrı-ayrı vəqflərin və sivil toplum qurumlarının təcrübəsi Azərbaycan bələdiyyələri və qeyri-hökumət təşkilatları üçün model olaraq öyrənilməlidir. A.Quliyev, həmçinin Şuranın fəaliyyəti və QHT-lərə dövlət dəstəyi haqqında qonaqlara məlumat verdi.Görüşdə ikitərəfli əməkdaşlığın və təcrübə mübadiləsinin aparılması üçün əlaqələrin davam etdirilməsinin vacibliyi qeyd edildi.

Mətbuat xidməti

XƏBƏRİ PAYLAŞ