BÖLMƏLƏR

Azay Quliyev Jan Lui Lavrofla yeni qrant müsabiqəsinin mövzularını müzakirə etdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müşaviri Jan Lui Lavrofla Şuranın ofisində görüşdü. Görüşdə məqsəd Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin 2010-cu il noyabr ayının 1-də elan edəcəyi qrant müsabiqəsinin mövzularını müzakirə etmək idi.J.L.Lavrof bu barədə məlumat verərək bildirdi ki, qrant müsabiqəsi ətraf mühitin mühafizəsi, insan hüquqları və azadlıqlarının müdafiəsi, demokratik dəyərlərin qorunması, regionların inkişafı, yoxsulluğun azaldılması və başqa bu kimi mövzuları əhatə edəcəkdir.A.Quliyev mövzuların Şura üçün də aktuallığını vurğulayaraq, ölkə QHT-lərinin mövcud potensialının bu tipli layihələri uğurla həyata keçirməyə imkan verdiyini diqqətə çatdırdı. Görüşdə region QHT-lərinin bu haqda məlumatlandırılması üçün seminarların keçirilməsinə və təqdim edilən layihələrin qiymətləndirilməsinə Şuranın dəstək verməsi təklifinə müsbət münasibət bildirən A.Quliyev Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi ilə əməkdaşlığın daha geniş çərçivələrdə qurulmasının vacibliyini qeyd etdi.Daha sonra iki qurum arasında əməkdaşlığın genişləndirilməsi yolları haqqında ətraflı fikir mübadiləsi aparıldı.Xatırladaq ki, öncə Şura ilə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədilə qeyri-rəsmi formatda işçi qrupu yaradılmışdı.

Mətbuat xidməti

XƏBƏRİ PAYLAŞ