BÖLMƏLƏR

Azay Quliyev Avropa İqtisadi və Sosial Komitəsinin hazırladığı rəyə iradlarını bildirdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Avropa İqtisadi və Sosial Komitəsinin (AİSK) rəyi üzrə məruzəçi cənab Andrey Adamçikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.Şuranın ofisində keçən görüşdə A.Quliyev AİSK-in Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycan üzrə hazırladığı rəyin vətəndaş cəmiyyətinə aid bəzi müddəalarına irad bildirdi. Belə ki, Şura sədri rəydə ölkə QHT-lərinin müstəqil fəaliyyət göstərməsi və Milli QHT Forumunun yaradılması haqqında yazılan qeyri-dəqiq məlumatlara, son illər dövlətin QHT sektorunun inkişafı üçün atdığı ciddi addımların qeyd olunmamasına irad bildirdi.A.Quliyev, həmçinin, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Vətəndaş Cəmiyyəti Forumunun yaradılması prosesində şəffaflıq və aşkarlıq amillərinin yetərincə gözlənilmədiyini qonaqların diqqətinə çatdırdı.Qonaqlar gələcəkdə bu tipli hesabat və rəylərin hazırlanmasında Şuranın da mövqeyini öyrənəcəklərini bildirdilər.

Mətbuat xidməti

XƏBƏRİ PAYLAŞ