BÖLMƏLƏR

Şura sədri Azay Quliyev Yaponiya səfirinin müavini ilə görüşdü

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ölkəmizdəki Yaponiya səfirinin müavini Toşikazu Muto ilə görüşdü. Şuranın ofisində keçən görüşdə A.Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı qonağa ətraflı məlumat verdi.Azərbaycan QHT-ləri ilə uzun müddətli əməkdaşlıq təcrübəsinə malik olan T.Muto Yaponiya səfirliyinin bundan sonra da QHT-lərlə əməkdaşlığa önəm verəcəyini bildirdi.Görüşdə Şura ilə səfirlik arasında birgə əməkdaşlıq üzrə müzakirələrin davam etdirilməsi haqda razılıq əldə olundu.

Mətbuat xidməti

XƏBƏRİ PAYLAŞ