BÖLMƏLƏR

Şura üzvlərindən ibarət nümayəndə heyəti Xorvatiyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin başçılığı ilə Şura üzvləri Tahir Süleymanov, İlqar Məmmədov, Ceyhun Osmanlı, Gülnarə Hüseynova, Dilarə Vəliyeva, Rəna Mirzəzadə, Sahib Məmmədov, Vüqar Qədirov, eləcə də Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov, katibliyin baş mühasibi Tofiq Həsənov və Counterpart İnternational təşkilatının təmsilçisi İlqar Ağasiyevdən ibarət nümayəndə heyəti 1 noyabr 2009-cu ildə Xorvatiya Respublikasına işgüzar səfərə yola düşmüşdür. Bir həftə davam edəcək səfərin məqsədi QHT fəaliyyəti sahəsində qabaqcıl Avropa təcrübəsi ilə tanışlıqdır.
Nümayəndə heyəti üçün öncədən zəngin səfər proqramı müəyyən edilmişdir. Bu proqram aşağıdakı tədbirlər və görüşlərdən ibarətdir:
QHT-lərlə əməkdaşlıq üzrə Dövlət İdarəsi, Xorvatiya Respublikasının hökuməti.
Mövzu: “Xorvatiya Respublikasının Avropa İttifaqına inteqrasiyası prosesi barədə təqdimat (cari vəziyyət). Spiker: Xanım Tatyana Korlija, Beynəlxalq əməkdaşlıq departamentinin başçısı.
Vətəndaş Cəmiyyətinin İnkişafı üzrə Dövlət Şurası, Xorvatiya Respublikasının hökuməti.
Mövzu: Xorvatiya hökuməti və QHT-lər arasında sektorlar üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün münbit şəraitin yaradılması. Spiker: Xanım Lidiya Paviç-Rogoşiç, Şuranın prezidenti.

QHT-lərlə əməkdaşlıq üzrə Dövlət İdarəsi, Xorvatiya Respublikasının hökuməti.
Mövzular:
- Vətəndaş cəmiyyətinin inkişafını dəstəkləyən Milli Strategiyanın icrası;
- Dövlət büdcəsindən vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş proqramlara vəsaitlərin ayrılması üzrə standartlar və prosedurlar. Maliyyələşdirmə üçün prioritet istiqamətlərin müəyyən edilməsi mexanizmləri;
- İctimaiyyətin mənfəəti üçün sosial xidmətlərin göstərilməsi sahəsinə dövlət tərəfindən QHT-lərin cəlb edilməsi sistemi. Qeyri-hökumət təşkilatları ilə müxtəlif nazirliklərin və dövlət idarələrinin əməkdaşlığının səmərəli əlaqələndirilməsi;
- Vətəndaş cəmiyyətinin inkişafı sahəsində beynəlxalq əməkdaşlıq (Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrin Dövlət İcra Qrupunun fəaliyyəti);
Spikerlər:
Cənab İqor Vidaçak, QHT-lərlə əməkdaşlıq üzrə Dövlət İdarəsinin başçısı;
Xanım Vesna Lendiç-Kasalo, departament rəisi;
Xanım Tatyana Korlija, Beynəlxalq əməkdaşlıq departamentinin rəisi;

Xorvatiya Respublikasının İctimai İdarəetmə Nazirliyi.
Mövzu: Xorvatiya Respublikasının ictimai idarəetmə üzrə islahatları, QHT-lər üçün təlim mərkəzlərinin yaradılması, QHT-lərin qeydiyyatdan keçmə prosesi. Spiker: Cənab Davor Lyubanoviç, nazir müavini.
GONG, Qanunun Aliliyi və Demokratiyanın İnkişafı Mərkəzi.
Mövzu: Xorvatiyanın aparıcı qeyri-hökumət təşkilatı GONG-un fəaliyyətləri və cari təşəbbüsləri. Spiker: Xanım Sandra Pernar, icraçı direktor

Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi, Avropa və Şimali Amerika ilə əlaqələr üzrə Baş Departamentdə görüş.

Xorvatiya Respublikasında Avropa Komissiyasının Siyasi və İqtisadi Məsələlər üzrə Nümayəndəliyi.
Mövzu: Avropa İttifaqının Xorvatiya hökuməti ilə vətəndaş cəmiyyətinin inkişafına yönəldilmiş birgə səyləri və layihələri. Spiker: Cənab Erol Akdağ, Avropa İttifaqının vətəndaş cəmiyyəti proqramları üzrə direktoru.
Vətəndaş Cəmiyyətinin İnkişafı üzrə Milli Dövlət Fondu.
Mövzu: Vətəndaş cəmiyyəti təşkilatlarının potensialının gücləndirilməsi üçün regional şəbəkələrin yaradılması. Spikerlər: Xanım Svyetana Plavşa-Matiç, Vətəndaş Cəmiyyətinin İnkişafı üzrə Milli Fondun direktoru; Xanım Mariya Boltek, Qrantlar və Regional İnkişaf üzrə Proqramın rəhbəri;
İqtisadiyyat, əmək və Sahibkarlığın İnkişafı Nazirliyi, əmək və sosial müdafiə sahəsində Avropa İttifaqı və Xorvatiya hökumətinin layihələrini idarəetmə departamenti.
Mövzu: İqtisadiyyat, əmək və Sahibkarlığın İnkişafı Nazirliyi və QHT əməkdaşlığı; Avropa İttifaqının strukturlaşdırılmış Fondları (Avropa Sosial Fondu) və QHT-lər üçün yeni imkanlar. Spiker: Xanım Katarina İvankoviç-Knejeviç, departament rəisi.
Vətəndaş Cəmiyyətinin İnkişafı Assosiasiyası  SMART.
Mövzu: Xorvatiya QHT-ləri üçün proqram icrasının keyfiyyətinin təmin edilməsi sistemi (SOKNO). Spiker: Xanım Qordana Forçiç, SMART inkişaf proqramının milli koordinatoru.
Qeyd edirik ki, ölkədə QHT inkişafı üçün dünya təcrübəsinin öyrənilməsi proqramı çərçivəsində Azərbaycanın dövlət və hökumət təmsilçilərindən ibarət nümayəndə heyəti 2007-ci ildə Macarıstanda, 2008-ci ildə isə Şura rəhbərliyi ABŞ-ın Sietl ştatında səfərdə olmuşlar.
Mətbuat xidməti

XƏBƏRİ PAYLAŞ