BÖLMƏLƏR

Beynəlxalq konfransa hazırlıq tədbirləri davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Vətəndaş cəmiyyətinin inkişafı: qazanılmış təcrübə və yeni imkanlar mövzusunda 2010-cu ilin mart ayında keçirəcəyi beynəlxalq konfransa hazırlıq üzrə İşçi qrupunun 23 oktyabr 2009-cu il tarixdə növbəti iclası keçirildi.Bir sıra beynəlxalq təşkilatların  Contrapart İnternational, BMT İnkişaf Proqramının, Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin, Açıq Cəmiyyət İnstitutu  Yardım Fondunun, ABŞ İnkişaf Agentliyi təmsilçilərinin iştirak etdiyi toplantını Şuranın icraçı direktoru Fərasət Qurbanov açdı.Beynəlxalq konfransın gündəliyi, idarəetmə planı, iştirakçı siyahısı və büdcəsi iştirakçılara təqdim edildi.Müzakirələrdə konfrans iştirakçıları olacaq ölkələrin seçimi, konfransın aparılması, vətəndaş cəmiyyəti quruculuğunda Azərbaycan əldə etdiyi uğurların təqdimatı, qəbul ediləcək deklarasiya mətni və sair geniş şərh edildi.Konfransa hazırlıq işləri ilə bağlı məsələlərin daha konkretləşdirilməsi üçün bir sıra vəzifələr müəyyən edildi.

Mətbuat xidməti

XƏBƏRİ PAYLAŞ